Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Konstitusiya Məhkəməsi mirasda məcburi pay hüququ ilə bağlı qərar verdi
Konstitusiya Məhkəməsi

Konstitusiya Məhkəməsi Plenumunun konstitusiya məhkəmə icraatının yazılı prosedur qaydasında növbəti məhkəmə iclası keçirilib.

“Report” xəbər verir ki, Fərhad Abdullayevin sədrliyi ilə keçirilən iclasda Mülki Məcəllə 1193-cü maddəsinin Konstitusiyaya uyğunluğunun yoxlanılması ilə bağlı İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) sorğusu əsasında konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim İ.Nəcəfovun məruzəsini, maraqlı subyektlərin nümayəndələri - Ombudsman Aparatının Elmi-Analitik sektorunun müdiri M.Məmmədov və Milli Məclis Aparatının İqtisadi və sosial qanunvericilik şöbəsinin müdiri M.Bazıqov, mütəxəssislər - Ali Məhkəmə və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi R.Eyvazov tərəfindən təqdim edilmiş mülahizələri və işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, Mülki Məcəllənin 1193-cü maddəsi Azərbaycan Konstitusiyasının 25-ci maddəsinin I, III, IV və V hissələrinə, 26-cı maddəsinin II hissəsinə, 29-cu maddəsinin I və VII hissələrinə, 71-ci maddəsinin I və II hissələrinə və 149-cu maddəsinin I və III hissələrinə uyğun hesab edilsin.

Mülki Məcəllənin 1159-cu və Ailə Məcəlləsinin 134.1-ci maddələrinə uyğun olaraq, Mülki Məcəllənin mirasda məcburi pay anlayışını nəzərdə tutan 1193-cü maddəsində “vəsiyyət edənin uşaqlarının, valideynlərinin” müddəası övladlığa götürülənləri və övladlığa götürənləri də ehtiva edir.

Qeyd edək ki, Mülki Məcəllənin 1159-cu maddəsi qanun üzrə vərəsələrin növbəliliyini nəzərdə tutur.

Paylaş »
››› Ölkə sərt karantinə doğru gedir, qapanma olacaq
››› “İdeal”ın keçmiş sahibinin anası: “Oğlumu azğınlaşmış məmurlar parçalayıb məhv edir”
››› İsa Məsih kimi qeybə çəkilən nazir və Allahın ümidinə qalan xəstələr
››› Almanlar Türkiyə dronlarına heyran qalıb: “Azərbaycanın hücumlarından şok olduq”
››› Münaqişə zonası: Rusiya intensiv zərbələr endirir
››› Bu dəfə Ukrayna Rusiyanı “boşaya” biləcəkmi...
››› Ramazan ayının təqvimi açıqlanıb
Son xəbərlər
Bütün xəbərlər »