Martın 1-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 22 498 nəfər vaksinasiya olunub.
Bizimyol.info xəbər verir ki, u barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Bildirilib ki, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 293 360 nəfər peyvəndlənmə prosesində iştirak edib.
Vaksinasiya respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.