Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputat özünə qarşı başladılmış kampaniyada partiya sədrini ittiham etdi
Deputat özünə qarşı başladılmış kampaniyada partiya sədrini ittiham etdi

Ötən həftə sosial şəbəkələrdə deputat Etibar Əliyevin adından  yayılan xəbərlər ona qarşı qəzəb dalğasının yaranmasına səbəb oldu.

Belə ki, yayılan xəbərlərdə deputatın hərbiçilərin maaşlarının azaldılmasına tərəfdar olması bildirilirdi. Cəmiyyət tərəfindən onsuz da narazılıqla qarşılanmış bu qərarın  deputatın dilindən səsləndirilməsi  onu sosial şəbəkələrdə kütlələrin təhqir hədəfinə çevirdi. Etibar Əliyev məqalə yazaraq belə ifadə işlətmədiyini desə də, ilk yayılan xəbər təkzibdən güclü oldu. Təkzib eşidilmədi. Buna cavab olaraq Etibar Əliyev haqqında qara kampaniya yürüdən şəxsin adını açıqlayıb və onu məhkəməyə verəcəyini deyib. O  bildirib ki, şəxsinə qarşı aparılan kampaniyaya deputat seçkilərində rəqibi olmuş eks deputat, Milli Dirçəliş Hərəkatı Paertiyasının  sədri  Fərəc Quliyevin oğlu Mətin Quliyev rəhbərlik edir.

“Hüquq mühafizə orqanlarına müraciət hazırlayıram. Mənim adımdan facebookda paylaşılan mənim işlətmədiyim ifadələri həmin məqsədli şəkildə hazırlayaraq ictimaiyyətə ötürüb. Nəticədə ünvanıma təhqir, küçə şöyüləri yazılıb özüm və ailə üzvlərim ən ağır formada həqarətlərə məruz qalıb”,- deyə deputat qeyd edib.

Etibar Əliyev  həmçinin bildirib ki, Mətin Quliyev saxta profil yaradaraq Əbülfəz Babasoy adından istifadə edərək haqqında yalan məlumatlar yayır.

Bu ittihamlara cavab olaraq Fərəc Quliyevin fikrini öyrənmək istəsək də eks  deputat susqunluğunu qorudu.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »