Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Üç ay əvvəl təyin edilən polis rəisi aşağı vəzifəyə göndərildi
Üç ay əvvəl təyin edilən polis rəisi aşağı vəzifəyə göndərildi

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

Bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Xəzər Rayon Polis İdarəsinin (RPİ) 2-ci Polis Şöbəsinin (PŞ) rəisi, polis polkovniki Ülvi Məmmədov vəzifədən azad edilərək Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinin rəisi təyin olunub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti “Report”a faktı təsdiqləyib.

Qeyd edək ki, Ü.Məmmədov 2020-ci ilin sonlarında Xəzər RPİ-nin 2-ci PŞ-nə rəis təyin edilmişdi. Onun hazırki postu daha aşağı vəzifədir.

Son xəbərlər
Bütün xəbərlər »