Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkdilli dövlətlərin ordusu yaranır: “Bu, ciddi mesajdır”
Türkdilli dövlətlərin ordusu yaranır: “Bu, ciddi mesajdır”

“Beynəlxalq media qurumları ilə görüşdə Azərbaycan Prezidenti "Türkiyə Ordusunun Azərbaycanda kiçik modeli yaranacaq" deməsi kifayət qədər ciddi mesajdır”.

Bunu Bizimyol.info-ya açıqlaması zamanı hərbi-siyasi ekspert Elçin Axundzadə bildirib. Onun sözlərinə görə, bu artıq Müdafiə Nazirliyində təzə ştatların təsdiqi və əməliyyatlar dövründə özlərini doğrultmayan zabit və generalların vəzifələrindən azad edilməsi, Qarsda keçirilən təlimlərdə ümumi komandanlığın və ümumi koordinasiyanın tətbiqi kimi qəbul oluna bilər.

Elçin Axundzadə Elçin Axundzadə, Hərbi ekspert, ehtiyatda olan zabit

“Cənab Prezident beynəlxalq media qurumları ilə görüşdə çox açıqlamalar verdi. Bu açıqlamalar çox ciddi mesajlar idi.

Bildiyimiz kimi, artıq Qarsda təlimlər keçirildi. Bununla bağlı çox qısa anons getdi, lakin təssüflər olsun ki, bizim siyasi şərhçilər buna diqqət yetirmədi. Məhz Qarsda keçirilən təlimlərdə ümumi koordinasiya və ümumi komandanlıq tədbiq olundu. Bu çox vacibdir. Artıq türkdilli dövlətlərin hansısa formada ordularını koordinasiya etməsi üçün bu addımlar atıldı. Gələcəkdə türkdilli dövlətlərin ordusunu yaratmaq üçün lokomativ Türkiyə və Azərbaycandır.

Mən inanıram ki, Qarsda keçirilən hərbi təlimlər daha da inkişaf edəcək. İndi XTQ təlimlər keçirdi. Daha sonra buna kəşfiyyatçılar, hərbi dəniz və hava qüvvələri  də cəlb olunacaq. Tam olaraq iki dövlət arasında ümumi komandanlıq, koordinasiya yaradıldıqdan sonra bu, digər dövlətlərin də orduları üçün açıq olacaq. Məsələn, Pakistan, Qazağıstan üçün. Qazaxıstanda da artıq insanlar ayılıb. Hakimiyyətdən  “Turan” dövlətlərini, ordusunu qurmağı xahiş və tələb edirlər.

Dünyada müxtəlif hərbi bloklar var. Nəyə görə də, türkdilli dövlətlərin hansısa formada alyansı, koalisiyası yaranmasın? Bu digər dövlətləri qorxu altında saxlamaq üçün atılan addımlar deyil. Artıq türkdilli dövlətlərin parlament qurumu var və mərkəzi Bakıda yerləşir”.

Ekspertin sözlərinə görə, çox güman ki, Azərbaycan Müdafiə Nazirliyində ştat dəyişikliyi və təzə ştatlara keçmək üçün qanun təsdiq olunacaq.

“Azərbaycan Müdafiə Nazirliyində Türkiyəyə uyğun ştatlar tədbiq olunacaq.  Mənə elə gəlir ki, əməliyyatlar dövründə Müdafiə Nazirliyinin kollegiyasında Cənab Prezidentin çox sərt formada bildirdiyi sözlər artıq həyata keçir. Prezident bildirmişdi ki, Müdafiə Nazirliyindən narazıdır. Çünki onlar gərəksiz sursat alır və anbarlarda qalıb.

Mən inanıram ki, bu ştat dəyişikliyi ilə əlaqədar Zakir Həsənov və Nəcməddin Sadıqovun vəzifəyə gətirdiyi, əməliyyatlar dövründə faydasız olan generallar və polkovniklərin fəaliyyəti yoxlanacaq və işdən azad olunacaqlar”,- deyə bildirib.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »