Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazirlikdən 8 Mart müraciəti: Xoşagəlməz hallara qarşı birgə mübarizə aparaq
Nazirlikdən 8 Mart müraciəti: Xoşagəlməz hallara qarşı birgə mübarizə aparaq

"Təhsil Nazirliyi qarşıdan gələn 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bütün xanımları təbrik edir. Bu gün pedaqoji heyətimizin böyük əksəriyyətini təşkil edən xanım müəllimlərimizin həm də fədakar ana kimi Vətən müharibəsində iştirak etmiş qəhrəman övladlarımızın yetişməsində rolu danılmazdır".

Bizimyol.info xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin yaydığı məlumatda bildirilir.

"8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə xoşagəlməz hallara qarşı müəllimlər, valideynlər və ümumilikdə cəmiyyət olaraq birgə mübarizə aparmalı, dəyərlərimizi qorumalı və gələcək nəsillərə çatdırmalıyıq.

Bu və ya digər hallarla bağlı Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (146-1) və yaxud [email protected] elektron poçt ünvanına anonim olmadan müraciət edə bilərsiniz", - deyə nazirliyin yaydığı müraciətdə bildirilir.

Son xəbərlər
Bütün xəbərlər »