Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qərb Rusiyanı Ermənistanın əli ilə vurur
Qərb Rusiyanı Ermənistanın əli ilə vurur

İrəvan indi həm baş nazir, həm də ona qarşı olan müxalifətin təşkil etdiyi mitinqlərə şahidlik edir. Dünən İrəvan meydanları yenə Paşinyan tərəfdarları ilə doldu-daşdı.

Düz 13 il əvvəl, martın 1-də Sarkisyan saxta yolla prezident seçiləndə mitinqlərdə 10 nümayişçi həyatını itirmişdi, Paşinyanın öz mitinqini həmin günə salması da təsadüf deyildi. Köhnə hakimiyyətin nələr etdiyini yada salırdı. Ona dəstək mitinqinə qatılanların sayı müxalifətin mitinqlərinə qatılanların sayını dəfələrlə üstələdi. Bu onu deməyə əsas verir ki, xalq məğlub olan Paşinyana hələ dəstək verirsə, deməli, Qarabağdan vaz keçiblər. Ermənistan xalqı 10 noyabr razılaşmasından prinsipcə razıdır. Onlar 30 il ərzində cəlb olunduğu Qarabağ avantürasından bezib və bu yükdən qurtulmaq istəyir. Azərbaycana qarşı revanş istəmir.

Revanş və yeni qarşıdurma istəyinin sifarişi xaricdən gəlir və köhnə Ermənistan hakimiyyətinin qalıqları tərəfindən dəstəklənir.

Mitinqlər Rusiya və Qərb üçün ciddi mesajdır. Mitinqlərlə Qərbə “Arxamda dur” deyilir. Ermənistanın böyük hissəsi “artsax” yox, Avropaya inteqrasiya haqqında düşünür. İllər öncə SSRİ-nin dağılması Ermənistanın Azərbaycana qarşı torpaq iddiaları ilə sürətləndi. İndi də eyni qaydada Qərb Rusiyanı İrəvanın əli ilə dağıtmaq istəyində ola bilər. Bu da bir variantdır.

Qərb-Rusiya çəkişməsində Kremlin qələbə şansı yeni ocaqlar yaratmaqla özündən asılı tərəflər “düzəltməkdən” keçir. Rusiya bizi şuluq Ermənistana şilləvuran kimi, Ermənistanı bizə arxadan sancılan xəncər kimi saxlamaqla Qafqazda yerini qoruyur.

Paşinyanın erkən parlament seçkisi təklifini yenə səsləndirməsi və yarı-prezident respublikasına keçidlə bağlı oktyabr ayında referendum keçirmək istəyi ondan xəbər verir ki, o baş nazir kreslosunu prezident kreslosuna dəyişmək istəyir. Çünki baş nazirin sözlərinə görə, 6 il əvvəl dəyişdirilən Konstitusiy

Nikol Paşinyan tərəfdarlarının arasında, 25 fevral 2021 Nikol Paşinyan tərəfdarlarının arasında, 25 fevral 2021

a yeni böhran yaradıb. Böhranın əsas səbəbləri budur ki, baş nazir baş qərargah rəisini istefaya göndərə bilmir, prezident də buna mane olur. Ermənistan xalqı hərbi revanş, Rusiya ilə sıx birlik təklif edən, yaxşı tanıdığı keçmiş hakimiyyəti idarəetməyə buraxmaq istəmir.

Politoloq Tofiq Zülfüqarovun fikirncə, Ermənistan dövlətçiliyi artıq şübhə altındadır. 40-dan çox yüksək rütbəli zabitin və müxalifətin Paşinyanı istefa tələbləri boşa çıxsa, onlar böyük ehtimalla əllərini silaha ata bilər, çaxnaşma və Paşinyana qarşı qəsd də törədə bilərlər.

Rusiyalı politoloq Sergey Markov hesab edir ki, Paşinyanın hakimiyyəti tükdən asılı vəziyyətə düşüb. “Hakimiyyətə Koçaryan və ya hərbi qüvvələr gəlsə, revanş almaq istəklərini gizlətmirlər. Lakin Azərbaycana qarşı necə çıxacaqlarına dair bir fikirləri yoxdur. Hesab edirəm ki, belə olsa Azərbaycan layiqli cavab verəcək və Qarabağdakı qüvvələrinə sarsıdıcı zərbə endirəcək”.

Ölkə Prezidenti İlham Əliyev bir neçə gün öncə bəyan etdi ki, hər hansı saziş pozuntusu qeydə alınsa, revanşist qüvvələr ayaqlansalar, “dəmir yumruq” yenidən işə düşəcək və bu dəfə zərbə daha ağır olacaq. Bu dəfə Ermənistanı düşdüyü vəziyyətdən ən yaxın müttəfiqləri belə xilas edə bilməyəcək.

Paşinyanın dünənki çıxışından maraqlı bir məqamı diqqətə çatdırmaq istəyirəm. “Müstəqilliyimizin 30 ili ərzində bütün mümkün səhvləri etdik. Son iki ildə də bütün mümkün səhvlər buraxılıb. Mən hamınızdan buraxılan səhvlərə görə üzr istəyirəm. Hakimiyyət xalqın sevgisindən istifadə etdi”,- dedi Paşinyan.

Bu cümlələrdən çox böyük nəticələr və gələcəyə dair mesajlar oxumaq mümkündür.

Bir neçə vaxtdır Azərbaycan cəmiyyətində “martda , apreldə ara qarışacaq, yenidən əməliyyatlar başlayacaq” deyə söhbətlər dolaşmaqdadır. Bütün bu söhbətlər məhz Ermənistanda aləmin qarışmasından qaynaqlanmalıydı.Yəni müəyyən güclər diqqəti İrəvandan Qarabağa çəkmək üçün bu addımı atmış ola bilərdilər.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »