Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Döyüş meydanında əldə olunmuş tarixi qələbə diplomatik sahədə davam etdirilir” - Deputat
Şuşa

“Prezidentin yerli və xarici media nümayəndələrinin iştirakı ilə keçirdiyi mətbuat konfransında verilən suallara cavabların hər biri özünəməxsusluğu ilə seçilirdi. Yüksək peşəkarlıq və diplomatik ustalıq nümayiş etdirən ölkə Başçısı, Azərbaycanın, region dövlətlərinin əhalisini narahat edən edən bir çox məsələlərə aydınlıq gətirdi”.

Bunu Bizimyol.info-ya açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev bildirib.

Nəsib Məhəməliyev Nəsib Məhəməliyev

Deputat qeyd edib ki, 44 günlük Vətən müharibəsində Ordumuzun düşməni darmadağın etməsi nəticəsində bölgədə yeni geosiyasi reallıqların yaradılması və onların hər zaman müdafiə olunacağı barədə qətiyyətli bəyanatı, Türkiyə modelli ordu quruculuğu, sülhməramlıların fəaliyyət müddəti, Qarabağda hansısa xarici dilin rəsmi dil elan olunmasının yol verilməzliyi, Xankəndinin, Xocalının qaytarılması, "arsax" adında dövlətin olmayacağı, terrorçuların qaytarılmayacağı barədə mesajlarının əhəmiyyəti olduqca böyükdür: “Böyük Qayıdış planının yaxın zamanlarda baş tutacağı, Laçında, Zəngilanda yeni aeroportların tikiləcəyi, kommunikasiyaların açılacağı və artıq icrasına başlanılmış infrastruktur layihələri barədə verilən məlumatlar Azərbaycan dövlətinin iqtisadi gücünün göstəricisidir. Bütövlükdə, Prezidentin 4 saatdan artıq bir müddətdə 50-dən çox sualı 4 dildə cavablandırması, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, bir çox ölkələrin kütləvi informasiya vasitələrini hörümçək toru kimi bürümüş dünya erməniliyinin saxta təbliğat maşınına vurulmuş zərbədir. Azərbaycan xalqı müharibə ərəfəsində və ondan sonrakı dövrlərdə cənab Prezidentin nüfuzlu xəbər agentliklərinə verdiyi müsahibələrin hər birinin bir siyasi hadisə olduğunun şahidi oldu. Danılmaz faktdır ki, hər belə görüşdən sonra ölkəmizə, xalqımıza, ölkə başçımıza olan münasibət müsbət tərəfə dəyişmişdir. Bir çox hallarda bədxahlar belə düşüncələrində dəyişikliklər etdiyini etiraf etmişlər. Bütün bunlar xalqımız tərəfindən yüksək qiymətləndirilir”.

Deputat Nəsib Məhəməliyev bildirib ki indiki vəziyyətdə Prezident cəmiyyətə lazım olan bütün mesajları verdi: “Döyüş meydanında əldə olunmuş tarixi Qələbə diplomatik sahədə davam etdirilir. Cəmiyyətin sağlamlaşması istiqamətində, korrupsiya, məmur özbaşınalığı və bir çox neqativ məsələlərlə mübarizə kontekstində işlərin davam edəcəyi ilə bağlı mesajlar verildi. Cəmiyyətin bütün suallarına bir anda cavab vermək qeyri-mümkündür. Dövlət idarəetmə sistemində hər şey düşünülmüş, dərin təhlil aparıldıqdan sonra, mərhələli şəkildə aparılmalıdır. Tələskənlik, emosional şəraitdə qəbul edilmiş qərarlar işin ziyanına ola bilər. Əsas məsələ odur ki, son 17 illik təcrübə göstərdi ki, Prezident İlham Əliyev xalqa verdiyi bütün vədləri icra etmişdir”.

Paylaş »
››› "Rusiya qüvvələrinin Qarabağdan çıxarılması..."
››› Daha bir toy yarımçıq qaldı - Video
››› Norveçdə məhbus həyatı: Maraqlı faktlar - Foto
››› Aprelin 12-nə olan hava proqnozu
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Krımda 2 azərbaycanlı saxlanılıb
››› Ekspert: “Robert Koçaryanın hakimiyyətə gəlməsi ilə Qarabağ nizamlanmasında vəziyyət dəyişə bilər”
Son xəbərlər
Bütün xəbərlər »