Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nəqliyyat Agentliyinin xüsusi zolağı niyə işə yaramadı? - Video
Nəqliyyat Agentliyinin xüsusi zolağı niyə işə yaramadı? - Video

Bakı Nəqliyyat Agentliyi bir müddətdir ki, Bakı küçələrində xüsusi avtobus zolaqları təşkil etməyə başlayıb. Ancaq təəssüf olsun ki, bu zolaqlar bir işə yaramır.

Bizimyol.info xəbər verir ki, Bakıda 1 milyon 400 minə yaxın nəqliyyat vasitəsi var. Bu qədər avtomobil çoxluğunda avtobusların və xüsusi operativ nəqliyyat vasitələrinin hərəkəti üçün bu zolaqların olması önəmlidir. Ancaq müşhidələr göstərir ki, Bakı şəhəri üçün bu zolaqların olması çox da əlverişli olmadı.

Belə ki, avtobuslar üçün ayrılan zolaqlar müxtəlif obyektlərin qarşısı hesab edilir və bu zolaqlarda hər zaman müxtəlif avtomobillər park edir. Belə olan şəraitdə isə avtobuslar da onlara ayrılmış zolaqlarla deyil, başqa zolaqla hərəkət edir və tıxacların yaranmasına səbəb olur.

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərin sözlərinə görə, Bakı şəhərinin ictimai nəqliyyatının hərəkətini tənzimləmək üçün, avtobus yollarının çəkilməsi, zolaqların yaradılması lazımi bir addımdır: “ Buna həqiqətən də ehtiyac var. Lakin bu başqa hərəkət iştirakçılarının hüquqlarını pozmadan həyata keçirilməlidir. Eyni zamanda bu məsələ elə edilməldir ki, hərəkət tənzimlənmək əvəzinə daha da pisləşməsin”.

Eldəniz Cəfər Eldəniz Cəfər

E.Cəfər vurğulayıb ki, Bakı şəhərində təcrübəsiz və yol hərəkət qaydalarını bilməyən sürücülər çoxdur. Eyni zamanda nasaz avtomobillər də çoxluq təşkil edir.

“Yollarımızda infrastruktur demək zəifdir. Yollar qaranlıqdır, lazımi zolaqlar çəkilməyib. Şəhərdə yollar elə çəkilib ki, şəhərin bir nöqtəsindən başqa nöqtəsinə getmək üçün konkret bir zolaq üzərində avtomobil hərəkət edə bilmir. Tez-tez zolağı dəyişməli olursan. Çünki yollar çəkiləndə müəyyən standartlar nəzərə alınmayıb. Avtomobillərin çox olacağı düşünülməyib. Yol infrastrukturu Bakıda bərbad bir vəziyyətdədir”-deyən ekpert qeyd edib ki, Bakı Nəqliyyat Agentliyi vətəndaşların rahatlığını təmin etmək üçün müəyyən addımlar atıb.

Mütəxəssisin fikrincə, bu gün Bakı şəhərində ictimai nəqliyyatın hərəkətini tənzimləmək üçün şəhərin mərkəzində bütün tikintilər dayandırılmalı, sərt tikinti qanunları tətbiq edilməlidir.

Əks halda Bakı şəhərində yollar ictimai problem olaraq qalacaq, hərəkətin tənzimlənməsi mümkün olmayacaq: “ Çünki tikinti sektorunda özbaşnalıq gedir. İstənilən sahibkar, istənilən şirkət istənilən dövlət qurumu istədiyi bir yolu zəbt edib, orada özü üçün istədiyi şəraiti yarada bilir. Bir şirkət bina tikir, yolun bir hissəsini də özü üçün “parkovka” düzəldir. Gündə minlərlə vətəndaşın üz tutduğu dövlət qurumlarl var ki, binaları yolun kənarındadır. Həmin dövlət qurumlarının “parkinqi” yoxdur. Bura gələn vətəndaşlar avtomobillərini yolun kənarında saxlayıb gedirlər.

Bu zaman həmin qurmların qarşısında tıxaclar yaranır. Bu da avtobusların hərəkətinə mane olur”-ekspert bildirib.

E.Cəfər hesab edir ki, bu problemi həll etmək üçün müvafiq qurumlar birlikdə hərəkət etməli və çıxış yolu tapmalıdır.

Son xəbərlər
Bütün xəbərlər »