Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vətən müharibəsindən sonra yaranan suallara cavab verildi, informasiya cəbhəsində ölkəmizin mövqeyi daha da gücləndi - Açıqlamalar
Vətən müharibəsindən sonra yaranan suallara cavab verildi, informasiya cəbhəsində ölkəmizin mövqeyi daha da gücləndi - Açıqlamalar

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 26-da xarici kütləvi informasiya vasitələrinin iştirakı ilə keçirdiyi mətbuat konfransı ictimai müzakirələrə səbəb olub.

Bu mətbuat konfransının keçirilməsinə böyük ehtiyac var idi. Çünki 44 günlük Vətən müharibəsi bitdikdən sonra müəyyən suallar meydana çıxmışdı. Dövlət başçısı bütün suallara aydınlıq gətirdi.

O, dünyanın aparıcı xarici media orqanlarının diqqətini növbəti dəfə Ermənistanın Azərbaycana qarşı soyqırımı siyasətinə yönəltdi və informasiya cəbhəsində ölkəmizin mövqeyini daha da gücləndirdi.

Müşfiq Cəfərov Müşfiq Cəfərov

Milli Məclisin deputatı Müşfiq Cəfərov Bizimyol.info-ya bildirib ki, Prezidentin mətbuat konfransında dünyanın diqqətinə bir daha Azərbaycan həqiqətləri çatdırıldı: “Ümumiyyətlə hər şeydən öncə bu konfransın əsas məqsədi Xocalı soyqırımı tanıdılması, eyni zamanda 44 günlük müharibədən sonra Azərbaycanın regionda yaratdığı yeni geosiyasi reallıqları dünyaya çatdırmaq idi. Konfransda Azərbaycan Prezidenti Xocalıya da, digər işğaldan azad olunmuş ərazilərimizə də qayıdacağımızı bir daha qətiyyətlə ifadə etdi. Digər vacib məsələ həmin torpaqlarda yaradılacaq şəraitlə bağlı idi. Cənab Prezident bununla bağlı Azərbaycanın dəqiq və düşünülmüş planı olduğunu və həmin planın mərhələli şəkildə həyata keçiriləcəyini bildirdi”.

Deputatın sözlərinə görə, Prezidentin çıxışından bəlli oldu ki, Azərbaycanın yaratdığı yeni reallıqlar regionda əməkdaşlıq üçün tarixi fürsət yaradıb: “Əgər bu fürsətdən doğru istifadə olunarsa, bu, bütövlükdə regional və qlobal əməkdaşlıq baxımından olduqca əlverişli şərtlər yarada bilər. Əgər bu fürsəti dəyərləndirə bilməsə, yenidən Ermənistan özünütəcridinə gətirib çıxara bilər və bütün əməkdaşlıqlardan kənarda qalacaq. Hazırki bu tarixi mərhələdə ən doğru yol yeni əməkdaşlıqlarla regionu dircəltməkdir. Məhz biz buna çalışırıq. Azərbaycan regionda həmişə olduğu kimi sülhün tərəfdarıdır və bunun daha da möhkəmlənməsi üçün əlindən gələni edəcək.

Artıq Dağlıq Qarabağ adlı bir problem yoxdur və həmin torpaqlar əzəli və əbədi Azərbaycan torpaqları olub”.

M.Cəfərli bildirib ki, konfransın nəticə etibarilə Azərbaycanın güclü dövlət olduğunu bütün dünya gördü: “Dövlət başçısı sülhməramlıların fəaliyyəti, onların mandatı, görməli olduqları iş və gələcəkləri ilə bağlı məqamları konkret fikirlərlə ifadə etdi. Ölkə başçısı qəti şəkildə bir daha bildirdi ki, Azərbaycanda yalnız bir dövlət dili var, o da Azərbaycan dilidir. Ölkəmizin digər ərazilərində olduğu kimi işğaldan azad olunmuş yerlərdə də yalnız bir dil, Azərbaycan dili olacaq”.

Anar Əliyev Anar Əliyev,

Tarix üzrə fəlsəfə doktoru, politoloq

Tarix üzrə fəlsəfə doktoru, politoloq Anar Əliyev Bizimyol.info-ya bildirib ki, Xocalı soyqırımının ildönümündə keçirilən mətbuat konfransında Prezident xarici medianın nümayəndələrinə diplomatik dərs keçdi: “Gözü regionda, Azərbaycanda və Qarabağda baş verən proseslərdə olan qüvvələrin hamısına çox aydın və qətiyyətli şəkildə Azərbaycanın mövqeyini nümayiş etdirmiş oldu. Onların regionla bağlı fikirlərində redaktələr etmək məcburiyyətində qoydu.

Prezidentin çıxışdan bir da bəlli oldu ki, regionun nəbzi Bakıda döyünür. Regionda baş verən proseslərin axarı məhz Bakıda müəyyənləşir. Azərbaycanın maraqlarını nəzərə almadan heç bir proseslər baş verə bilməz. Erməni kartından istifadə edib Azərbaycan üçün problemlər yaratmağa çalışan və problemin qızışdırılması vasitəsilə regiona təsir etmək istəyən qüvvələrə Prezident açıq mesajını çatdırdı ki Qarabağ münaqişəsi yoxdur”.

Politoloqun sözlərinə görə, Prezident Azərbaycan cəmiyyətində verdiyi mesajlardan bəlli oldu ki Azərbaycanda heç bir hərbi hissə mövcud deyil və ola bilməz: “Azərbaycanda olan sülhməramlılar xüsusi missiya ilə rəsmi Bakının razılığı ilə gəlib və iki xalq qarasında sülh yaratmaq prosesilə məşğuldur. Onların 10 noyabr bəyanatında qeyd olunan müddətdən sonra Azərbaycanda qalıb-qalmaması rəsmi Bakının razılığı ilə müəyyən olunacaq.

Prezident onu da bildirdi ki Qarabağa status verilməyəcək. Diplomatik dildə statusun ünvanının harada olduğunu həm Azərbaycan, həm Ermənistan cəmiyyətinə, həm də dünya ictimaiyyətinin diqqətinə çatdırdı.

Mesajlardan biri o idi ki, Qarabağ Azərbaycanındır, heç kimə də torpağımızın bir qarışı qala bilməz. Qarabağa qayıdacağıq. Qarabağ aranlı, dağlı Azərbaycan ərazisinin tərkib hissəsidir.

Prezident onu da ifadə etdi ki 10 noyabr bəyanatından sonra Azərbaycan ərazilərinə keçən təxribatçılar terrorçu kimi qəbul ediləcək və onlara hərbi əsir statusu verilməyəcək. Onlara Azərbaycan və beynəlxalq qanunlar çərçivəsində davranılacaq. Ermənistan cəmiyyətinə verilən mesaj bu oldu ki, sizi və övladlarınızı aldadıb Azərbaycan ərazisinə gətirərkən ona müqavimət göstərin. İmkan verməyin ki övladlarınız Azərbaycan ərazisinə qanunsuz silahlı birləşmə və terrorçu kimi Azərbaycan ərazisinə gətirilsin. Gətiriləcəksə, onların hamısı terrorçu kimi məhv ediləcək və ya həbs ediləcək. Bu da Ermənistanda çox böyük effekt doğurdu.

Fevralın 26-da gecə saatlarında Ermənistan Baş Qərargahının əsgərləri Qarabağa gətirmək istəklərinə valideynləri etiraz etdilər”.

Son xəbərlər
Bütün xəbərlər »