Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
QDİƏT Parlament Məclisinin Reqlament üzrə İşçi Qrupunun iclası keçirilib
Milli Məclis

Martın 1-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) Reqlament üzrə İşçi Qrupunun onlayn formatda iclası keçirilib.

Bizimyol.info xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat verib.

Tədbirdə Milli Məclisin deputatı, QDİƏT PM sədrinin müavini, qurumda Azərbaycan nümayəndə heyətinin rəhbəri Eldar Quliyev, QDİƏT Parlament Məclisinin Baş katibi Asəf Hacıyev və quruma üzv ölkələrin nümayəndələri iştirak ediblər.

QDİƏT PM-in Hüquqi və siyasi məsələlər komitəsinin sədri Mixail Yemelyanovun (Rusiya) sədrlik etdiyi iclasda Rusiya, Bolqarıstan, Yunanıstan və təşkilatın baş katibi Asəf Hacıyev tərəfindən irəli sürülən QDİƏT PM-in Reqlamentinə və Beynəlxalq Katibliyinin Nizamnaməsinə əlavə və dəyişikliklər barədə məsələyə baxılıb.

İclasda çıxış edən QDİƏT PM-in Baş katibi Asəf Hacıyev, işçi qrupunun üzvləri Peter Kanev, Violeta İvanov, Anna Purtova, Simeon Kedikoğlu, Cemal Öztürk təklif olunan dəyişikliklər barədə fikirlərini söyləyiblər.

Reqlament üzrə işçi qrup İqtisadi, ticari, texnoloji və ekoloji məsələlər üzrə komitənin bölünməsini, rəhbər vəzifələrin rotasiya müddətinin 1 il azaldılmasını və digər məsələləri əhatə edən 10-a yaxın təklifi dəyərləndirərək, bəzilərinə yenidən baxılması, əksəriyyətinin isə Hüquqi və siyasi məsələlər komitəsində müzakirə olunması barədə qərar qəbul ediblər.

Bununla da QDİƏT PM-in Reqlament üzrə İşçi Qrupunun iclası öz işini başa çatdırıb.

Paylaş »
››› Rusiya 120 min azərbaycanlını geri göndərmək istəyir
››› Paşinyandan Naxçıvan açıqlaması – “Reytinqini daha da qaldırmağa çalışır”
››› Gəncləşən ölüm və artırılan pensiya yaşı: “Pensiyaçıların hesabına irəli düşmək istəyirlər”
››› ABŞ və Türkiyə Rusiyanı Qarabağdan necə sıxışdırıb çıxaracaq... - Rusiya mətbuatı
››› Hücum diplomatiyasına keçməliyik: Azərbaycanlılar Ermənistana qayıtmalıdır
››› “Şahbaz məhkəmədə Azərbaycan bayrağını təhqir elədi”
››› Paşinyanın Moskvadakı qapalı görüşdən səs yazısı yayıldı
Son xəbərlər
Bütün xəbərlər »