Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kaşıkçının ölümü ilə bağlı ABŞ kəşfiyyatının hesabatından üç ad “yoxa çıxdı”
Kaşıkçının ölümü ilə bağlı ABŞ kəşfiyyatının hesabatından üç ad “yoxa çıxdı”

ABŞ kəşfiyyatının jurnalist Camal Kaşıkçının ölümü ilə bağlı hesabatında dəyişiklik edilib.

CNN telekanalının məlumatına görə, ilkin mətndə jurnalistin ölümündə iştirakı olduğu iddia edilən üç nəfərin adı siyahıdan çıxarılıb.

Sözügedən şəxslərin qətldə iştirak etdiyi, göstəriş verdiyi, bu və ya digər şəkildə hadisə ilə əlaqədar olduğu qeyd olunurdu. CNN xəbər verir ki, hesabatdan Abdulla Məhəmməd Əlxorini, Yasir Xalid Əlsalem və İbrahim Əl-Salimin adları çıxarılıb.

Nəşrə danışan Səudiyyə Ərəbistanı kəşfiyyatına yaxın mənbənin sözlərinə görə, ABŞ kəşfiyyatının hesabatından adı çıxarılanlardan biri - Abdulla Məhəmməd Əlxorini general, Dövlət Təhlükəsizliyi İdarəsinə rəhbərlik edən nazir Abdul-Əziz ibn Məhəmməd Əl-Xovreyninin qardaşıdır. Krallığın rəsmi hesabatlarında Abdulla Məhəmməd Əlxorini terrorla mübarizə sahəsində dövlət təhlükəsizliyi rəisinin köməkçisi kimi göstərilir.

ABŞ kəşfiyyatının direktorunun ofisi sözügedən adların nəyə görə siyahıdan çıxarılması məsələsinə aydınlıq gətirməyib.

Son xəbərlər
Bütün xəbərlər »