Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qalmaqallı generalın həbsdəki qardaşı haqqında yenə cinayət işi başlandı
Qandal - Həbs

Dövlət Sərhəd Xidmətinin rəis müavini, ötən ilin mayında həbs olunub, avqustda buraxılan, dekabrda isə Vətən Müharibəsində iştirakına görə “Qarabağ” ordeni ilə mükafatlandırılan general Əfqan Nağıyevin qardaşı da həbsdədir. Dələduzluq ittihamıyla cəzalandırılmış Elxan Nağıyev haqqında yenidən eyni əmələ görə cinayət işi başlanıb.

Bu barədə Bizimyol.info-ya Elxan Nağıyev tərəfindən aldadılan zərərçəkmişlər məlumat verib.

Əfqan Nağıyev Əfqan Nağıyev

Polkovnik-leytenant Elxan Nağıyev Dövlət Sərhəd Xidmətinin tabeliyindəki “Sərhədçi” İdman Olimpiya Mərkəzinin rəis müavini olub. Elə bu vəzifədə çalışarkən adamları işə düzəltmək, birgə biznes qurmaq adıyla aldadıb.

Bundan əvvəl külli miqdarda dələduzluq ittihamıyla 6 il azadlıqdan məhrum edilən Elxan Nağıyev haqqında prokurorluğa yeni şikayətlər daxil olduğuna görə onun haqqında təkrar cinayət işi başlanıb.

Zərərçəkmişlərdən Asif Qurbanov Elxan Nağıyevin əməllərilə əlaqədar onun qardaşı Əfqan Nağıyevə məktub yazıb. O, məktubun surətini prezidentə, DTX sədrinə və digər dövlət orqanlarının rəhbərlərinə, həmçinin media orqanlarına da göndərib.

“Allaha şükürlər olsun ki, sizi əvvəlki vəzifənizə qaytarıblar, bu münasibətlə təbrik edirik. Ona görə yox ki, bizim Əfqan Nağıyevə böyük hörmətimiz var və s. Ona görə ki, Azərbaycan ailə dəyərlərinə əsasən, ailə üzvlərinin yol verdiyi səhvləri düzəltmək və problemləri həll etmək öhdəliyi özünü ağsaqqal hesab edən ailə böyüklərinin üzərinə düşən vəzifədir. Xüsüsən isə bu vəzifə bir dövlətin generalının çiyinlərinə düşürsə...”, - deyə Asif Qurbanov məktubda yazıb.

Onun sözlərinə görə, 2019-cu ilin yayında işsiz olduğu vaxt Elşən adlı tanışı ola Elxan Nağıyevdən bəhs edib, bu adamın yaxşı biznesi və geniş əlaqələri olduğunu bildirib. Bir müddət sonra onlar birlikdə Elxan Nağıyevlə “Sərhədçi”də görüşüblər. Görüşdə polkovnik deyib ki, birgə biznesə 100 min manat pul yatırsa, yaxşı qazanc götürə bilər: “Görüş zamanı Elxan Nağıyev respublikada həll edə bilməyəcəyi heç bir problem olmadığını deyirdi. Bütün vəzifəli şəxslər - nazirlər, icra başçıları, Prezident Administrasiyasının məsul şəxsləri və s. ilə çox yaxşı dost münasibətlərinin olması barədə ağız dolusu danışırdı”.

Asif Qurbanovun sözlərinə görə, iki dəfəyə bu məbləği iş yerində Elxan Nağıyevə çatdırıb. Amma bir müddət sonra ondan xəbər çıxmayıb, telefonlara cavab verməyib. Aldadıldığını başa düşən Asif Qurbanov pulunu geri tələb edib. Polkovnik bir dəfə 40 min, bir dəfə də 15 min manat olmaqla, 55 min manat qaytarıb. Asif Qurbanov verdiyi pulun qalan hissəsini tələb edir.

“Mən Elxan Nağıyevin şirin vədələrinə inanıb, özümdən əlavə, dostum Ağalar Süleymanovu da onunla tanış etmişdim. O, Sərhəd Qoşunlarında aparılması nəzərdə tutulan hansısa tikinti işlərilə bağlı tenderdə iştirak üçün dostumdan da 20 min manat pul alaraq mənimsəyib”, - deyə Asif Qurbanov bildirib.

Zərərçəkmiş əlavə edib ki, Elxan Nağıyevə verdiyi pulları borca, bir hissəsini isə sələmlə götürmüşdü.

“Borc və faiz içində boğulan bir vətəndaş olaraq, sizdən çox xahiş edirəm ki, qardaşınız Elxan Nağıyev tərəfindən dələduzluq yolu ilə mənimsənilən 45 min manat pulumun və 5500 manat faiz borcunun mənə qaytarılması ilə bağı tədbir görəsiniz”, - Asif Qurbanov məktubunu belə tamamlayıb.

General Əfqan Nağıyev həbs olunarkən ona qarşı külli miqdarda rüşvət alma, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ittihamları irəli sürülmüşdü. O, avqustda həbsdən buraxılanda prokurorluq onun istintaq altında olduğunu, sadəcə, həbs qətimkan tədbirinin ev dustaqlığıyla əvəzləndiyini açıqlamışdı. Daha sonra onun barəsində cinayət işinə xitam verilməsi haqda xəbər yayıldı.

Paylaş »
››› Arutyunyan Şuşaya gəldiyi iddia edilir: Terroçuların müəyyən hissəsi qaytarılacaq
››› Generaldan generala şikayət: “Deyir naxçıvanlıyam, mənə heç nə etməzlər”
››› “İsgəndər” raketlərini Azərbaycana Ermənistan atıb, yoxsa Rusiyanın özü...
››› “Qanuni oğru” Əli Heydərovu (“Albert Rıjiy”) güllələyən Taleh Orucovdur - Video
››› Zeynəb Xanlarovanın bacısı oğlu tutulub: Qoca qadınlara qarşı dələduzluq ittihamı - Video
››› Boş qalmış dəbilqələrə bir də dolu tərəfdən baxın
››› Nazirliyin əməkdaşı koronavirusdan vəfat edib
Son xəbərlər
Bütün xəbərlər »