Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezidentin mətbuat konfransında ölkə ictimaiyyətinə və xaricə verilən mesajlar - Deputatlardan açıqlama
Prezidentin mətbuat konfransında ölkə ictimaiyyətinə və xaricə verilən mesajlar - Deputatlardan açıqlama

Xocalı soyqırımının 29-cu ildönümü günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı geniş işıqlandırılır.

4 saatdan çox davam edən Prezidentin mətbuat konfransında verilən cavablar və mesajları cəmiyyətin suallarına da cavab olub.

Bizimyol.info-ya açıqlama verən Milli Məclisin deputatları bildirib ki, konfransda regiondakı ictimai-siyasi vəziyyət, Qarabağda təhlükəsizliyin və davamlı sülhün təmin edilməsi, bərpa-quruculuq, kommunikasiyaların açılması, eləcə də beynəlxalq birlik üçün Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə yaranan yeni imkanlar və digər mövzuda sualları cavablandırarkən səsləndirdiyi fikirlər olduqca mühüm siyasi mesajlar kimi gündəmdə yer aldı.

Ceyhun Məmmədov Ceyhun Məmmədov

Deputat Ceyhun Məmmədov qeyd edib ki, Prezident İlham Əliyev 44 günlük müharibə dövründə olduğu kimi, bu dəfə də jurnalistlərin suallarına konkret və qəti cavablar verdi.

“Eyni zamanda, Ermənistanın siyasi liderlərinə və onun havadarlarına ciddi mesajlar ötürdü. Prezidentin mətbuat konfransında Azərbaycan xalqını düşündürən suallara da ətraflı cavablar verildi.

Burada ən mühüm məsələlərdən biri ordu qurucluluğu ilə bağlı idi. Azərbaycan Türkiyə modelində peşəkar ordu yaradacaq. Ordunu ən müasir silahlarla və texnika ilə təmin edəcək.

Əsas məsələlərdən biri də sülhməramlılarla bağlı idi. O xüsusi vurğuladı ki, 5 ildən sonra Azərbaycan fərqli fikir sərgiləsə, onların fəaliyyətinə son veriləcək. Qarabağ Azərbaycan ərazisidir burada bir rəsmi dil var, o da Azərbaycan dilidir. Başqa dil burada rəsmi dil ola bilməz.

Prezident Qarabağın statusu ilə bağlı məsləyə də ətraflı toxundu. O qeyd etdi ki, zaman-zaman statusla bağlı fikirlər səsləndirilsə də status məsələsi, eləcə da “Arsax” anlayışı artıq yoxdur. Hamı bunu nəzərə almalıdır.

Bu gün cəmiyyətdə ətrafında geniş müzakirələr aparılan məsələlərdən biri Xankəndi və Xocalı rayonlarının taleyidir. Bu rayonlar da Azərbaycan əraziləridir. Ermənistan bunu nə qədər tez anlasa bir o qədər tez düşdüyü böhrandan çıxa bilər. Ermənistan xalqı zəhərli ideologiya və xəstə təxəyyüldən xilas olmalıdır. Əgər tez bir zamanda anlamasa yenidən dəmir yumruq işə düşəcək”,-deyə C.Məmmədov bildirib.

Deputatın sözlərinə görə, Prezident İlham Əliyev bütövlükdə suallara cavabı ilə bir daha Azərbaycan xalqını əmin etdi ki, bütün qərarlar Azərbaycan xalqının mənafeyi nəzərə alınmaqla qəbul edilir: “Prezdent nəyi nə zaman və necə ediləcəyini özü daha yaxşı bilir. Ona görə narahatlıq üçün əsas yoxdur. Hesab edirəm ki, Prezidentin mətbuat konfransında Azərbaycan xalqını düşündürən bütün suallar öz cavabını tapdı.

Prezident mətbuat konfransında struktur islahatları, dövlət vəsaitlərindən səmərəli istifadənin vacibliyi, məmur özbaşınalığı ilə bağlı məsələlərə də ətraflı toxundu. Korrupsiya ilə mübarizənin davam edəcəyini qeyd etdi. Bir sözlə müharibədən sonra da Azərbaycan bütün sahələrdə inkişafa nail olacaq, qarşısına qoyduğu bütün hədəfə və məqsədlərə anil olacaq. Çünki Prezident İlham Əlyevin güclü iradəsi və siyasi uzaqgörənliyi bu məsələdə də öz ciddi rolunu oynayacaq. O gün uzaqda deyil”.

Tamam Cəfərova Tamam Cəfərova

Deputat Tamam Cəfərova bildirib ki, mətbuat konfransında səsləndirilən fikirlər Azərbaycanın bu gün dünya miqyasında nüfuzlu və inkişaf etmiş ölkə kimi bölgənin sabitliyi üçün çox önəmli rola malik olduğunu bir daha təsdiq etdi: “Bu baxımdan Azərbaycanla bütün sahələrdə əməkdaşlıq etmək istəyən ölkələrin sayı daha da artır”.

Deputat bildirib ki, Azərbaycan Prezidenti revanşist faşist erməniləri bir daha məsuliyyətli və ağıllı olmağa dəvət etdi: “Noyabrın 10-da imzalanmış Bəyanat icra edilir və tam icra edilməlidir. O Bəyanatın müddəalarının böyük hissəsi artıq icra edilibdir. Ancaq elə məsələlər var ki, onlar indi müzakirə mövzusudur. Ümid edirəm ki, Ermənistanda yaranmış vəziyyətə baxmayaraq, noyabrın 10-da imzalanmış Bəyanat icra ediləcəkdir. Əks-təqdirdə, Ermənistan daha da ağır duruma düşəcək. Yəni, Ermənistan qarşısında seçim o qədər də böyük deyil. Onlar yeni reallıqlarla barışmalıdırlar, hesablaşmalıdırlar. Biz yeni reallıqlar yaratmışıq. Bu reallıqla Ermənistan və eyni zamanda, bütün başqa ölkələr barışmalıdırlar, hesablaşmalıdırlar. Əks-təqdirdə, onlar üçün daha da böyük problemlər yarana bilər”.

Son xəbərlər
Bütün xəbərlər »