Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yataqxanada məskunlaşan məcburi köçkünlər təlaş içindədir-VİDEO+FOTOLAR
Ötən gün Azərbaycanın bəzi bölgələrində 6 bal gücündə baş verən zəlzələnin Azərbaycan Texniki Universitetinin qəzalı vəziyyətdə olan yataqxanasında məskunlaşmış vətəndaşların narahatlığını artıb. Məlum olduğu kimi, Bakı da aktiv seysmik zonada yerləşir. Paytaxtda son böyük zəlzələ 2000-ci ildə baş verib. Qeyd edək ki, rayonlarda olan zəlzələ nəticəsində dağıntılar baş verib, xəsarət alanlar olub.

“Məskunlaşdığımız yataqxana qəzalı vəziyyətdədir. Zəlzələnin baş vermə ehtimalı çoxdur. Kanalizasiya sistemi yararsız vəziyyətdə olduğu üçün yataqxananın zirzəmisi çirkli su ilə dolub. Xəstəlik mənbəyidir. Divarlar tez-tez uçur. Kommunal xidmətlər yararsız vəziyyətdə olduğundan qəzalar baş verir. Bizi ya zəlzələdən, ya da vəlvələdən-xəstəlikdən öləcəyik”,-deyə Cəbrayıl rayonundan məcburi köçkün Mahir Əbilov bildirib.

Onun sözlərinə görə, binanın istismara yararsız vəziyyətdə olması ilə bağlı dəfələrlə müvafiq orqanlara müraciət olunub: “Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsinə dəfələrlə müraciət etmişik, qəbulda olmuşuq. Komitənin rəhbəri Əli Həsənov bura gəlib. Hər dəfə bizə vədlər verib, bəhanələr ediblər. Amma biz 25 ildir ki burda məskunlaşmaq məcburiyyətindəyik”

Zəngilan rayonundan məcburi köçkün Nürəstə Əliyava bildirib ki zəlzələ başa verərsə yataqxanda qəzanın olması qaçılmazdır: “Biz dağdan gəlmişik. Bizi burda havasız yerə yığıblar. Camaat 6 aydan bir rentgen olunur. Amma biz məcburiyyətdən hər ay müayinə olunuruq. Böyüklü-uşaqlı xəstəlik tapmışıq. Biz ölüm təhlükəsi ilə üz-üzəyik. Burda uşaqlar uşaqlığını yaşaya bilir. Eləcə də, nə cavanlar cavanlığını, nə də qocalar qocalığını yaşaya bilmir. Biz burda çarəsiz, dözülməz vəziyyətdəyik. 47 yaşım var. Mənim böyrəklərim yaşayış üçün yararsız vəziyyətdə olan bu yataqxanda xəstəlik tapıb”.

Bu yataqxananın sakini Elman Həsənov da yataqxananın qəzalı vəziyyətdə olmasından və zəlzələ baş verərsə qəzanın qaçılmaz olduğunu bildirdi: “Burda dəfələrlə qəzalar baş verib. Yanğın olub, uçqun olub. Sanki burda odla oynayırıq. Təhükəli vəziyyətdə yaşamaq məcburiyyətdindəyik. Müvafiq qurumlara dəfələrlə müraciətlər etmişik. Amma hələ də müraciətimizə baxılmayıb. Bizə sadəcə zəlzələnin baş verib-verməməsini gözləmək qalır. Əlimizdən başqa şey gəlmir”.

Ağdam rayonundan məcburi köçkün Asif Məmmədov bildirir ki, onlar 25 ildən artıqdır yaşayış üçün yararsız vəziyyətdə olan yaşayırlar: “Biz hər gün işgəncə çəkirik. Təsəvvür edin ki mən bura gələndə uşaq idim. İndi 32 yaşım var. Ailə qura bilmirik. 3 qardaşıq bir otaqda məskunlaşmışıq. Paltarla yatırıq. Otağı təmir etmişik. Bina qəzalı vəziyyətədir. Burda hər zaman qəzanın baş verməsi ehtimalı var. Biz hər gün ölümlə üz-üzəyik”

[gallery columns="1" size="full" ids="32779,32780,32781,32782,32783,32784">

Son xəbərlər
Bütün xəbərlər »