Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mart ayı üçün maliyyə ulduz falı: Pul kisənizi nə gözləyir…
Mart ayı üçün maliyyə ulduz falı: Pul kisənizi nə gözləyir…

2021-ci ilin mart ayında bəzi bürclər üçün yeni perspektivlər və imkanlar açılacaq. Hədəfə çatmağa daha da yaxınlaşa və ya maliyyə məsələlərini həll edə biləcəklər. Bəziləri kəmərlərini sıxmaq, qənaətə keçmək məcburiyyətində qalacaqlar. Bizi nə gözləyir? Bizimyol.info 2021-ci il mart ayı üçün maliyyə qoroskopunu təqdim edir.

Qoç - Maliyyə sahəsində kiçik dəyişikliklər mümkündür - yaxşılığa doğru. İşçilər və ya müdirlər, o cümlədən ortaqlarla münasibətləriin kəskinləşməsi mümkündür. Diqqətli olun və tələsik qərarlar verməməyə çalışın. İş fəaliyyətinizi bir yelləncək kimi hiss edəcəksiniz. Amma bu o demək deyil ki, risk etməkdən çəkinməlisiniz. Bu ay imzalanan müqavilələr yaxşı dividend gətirəcək.

Buğa - Mart yeni planlar və başlanğıclar üçün əlverişli deyil. Bu ayda çoxsaylı qarşıdurmalar və həll olunmamış mübahisələr olduğundan, bütün maliyyə işlərini növbəti aya təxirə salmaq daha yaxşıdır. Böyük alış-veriş etməməyə və borca firməməyə çalışın, əks halda sonradan ciddi maddi çətinlikləri mümkündür.

Əkizlər - Biznes və maliyyə sahələrində Əkizlər 2021-ci ilin martında gözləmə taktikası tətbiq etməli olacaqlar. Risk etməyin, şübhəli sövdələşmələrə razılaşmayın və riskli əməliyyatlara investisiya qoymayın. Ayın ilk on günündə bəzi insanlarla bağlı məyus ola bilərsiniz ki, bu da iş fəaliyyətinizə təsir edəcək. Astroloqlar diqqətinizi özünüzə yönəltməyi və yeni istiqamətlər barədə düşünməyi məsləhət görür.

Xərçəng - Xərçənglər üçün bu ay hər mənada müsbət olacaq. İşdə həmkarlarınızla münasibətlərinizi inkişaf etdirəcəksiniz. Sizə maraqlı bir layihə üzərində iş təklif oluna bilər. Maliyyə vəziyyətinizin yaxşılaşdırılması martın ikinci yarısında mümkündür. Ancaq ulduzlar məsləhətgörür ki, arxayınlaşmayasınız və cəsarətlə irəliləməyə davam edəsiniz.

Şir - Yaxınlarınızın maliyyə məsələlərinin həllini çiyinlərinizə götürməli olacaqsınız. Böyük pul ziyanının olması mümkündür. İşdə rəhbərliklə mübahisələr, kiçik münaqişə vəziyyətləri yer ala bilər. Ancaq toqquşmaya can atmayın. Əks təqdirdə səhv addımlar atmış ola bilərsiniz.

Qız - 2021-ci ilin martında bəzi Qızlar özlərini başqa bir peşədə sınamaq barədə ciddi düşünəcəklər. Astroloqlar əvvəlcə hər şeyi diqqətlə götür-qoy edib sonra riskə getməyinizi tövsiyə edirlər. Bu müddət təlim və ya təkrar hazırlıq üçün yaxşı olacaq, ancaq bütün addımlarınızı əvvəlcədən hesablamağa çalışın. Pul qazanmaq barədə düşünməzdən əvvəl özünüz üçün xərc planı tərtib edin. Boş yerə deməyiblər ki, pulu xərcləyəndə qazanmaq lazımdır.

Tərəzi - Bu ay maliyyə məsələləri baxımından olduqca sakit və rəvan olacaq. Mart ayı sanki yeni bir işdən əvvəl hazırlıq dövrüdür. Ancaq bürcün bəzi nümayəndələri uğursuz olduqlarını hiss edəcəklər. Astroloqlar özünüzü başa düşməyinizi tövsiyə edir, əks halda bu, gələcək işgüzar həyatınıza təsir edəcək.

Əqrəb - 2021-ci ilin martında Əqrəblər çoxdan gözlənilən tətildən zövq almaq imkanı qazanacaqlar. Özlərini bəzi məsuliyyətlərdən azad edəcəklər, çünki uzun müddətdir çətinliklər yaşayırlar, çox yorulurlar. Bunun maddi vəziyyətlərinə təsir göstərməsi mümkündür. Ancaq eyni zamanda, öz layihələrini götürüb hədəflərinə yaxınlaşa biləcəklər.

Oxatan - Demək olar ki, bütün vaxtınız peşə və maliyyə məsələlərinin həllinə həsr olunacaq. Fevral ayında başladığınız layihələr mart ayında yaxşı dividend ödəyəcək. Buna görə də maddi rifahınızın yaxşılaşmasına ümid bəsləməyə bilərsiniz. Mart ayında Oxatanların karyerasında bir artım yaşanacaq. Ancaq onlara arxayınlaşmaq məsləhət görülmür. Yeni hədəflərə çatmaq üçün fasiləsiz irəliləmək tövsiyə olunur.

Oğlaq - Mart ayında peşəkar sahədə dəyişikliklər mümkündür. Maliyyə məsələlərinə çox diqqət yetirməli olacaqsınız, buna görə də bütün hərəkətlərinizi dəqiq planlaşdırmağa çalışın. Bu, büdcənizə qənaət etməyə və ortaya çıxan problemləri həll etməyə imkan verəcək. Hədəfləriniz barədə də aydın təsəvvürə malik olacaqsınız.

Dolça - Mart ayının ilk yarısında Dolçalar maliyyə məsələlərindən narahat olacaqlar. Borc və ya kredit öhdəliklərini həll etməli, bahalı bir alış-veriş etməlisiniz. 22 martdan etibarən hadisələrdə dönüş yarana bilər və işiniz yaxşılaşacaq. Martda pul vəziyyətinizin yaxşılaşacağı gözlənilir.

Balıq - Mart ayında gələcək üçün dəqiq planlar hazırlaya biləcəksiniz. İşgüzar həyatınıza təsir edəcək bir çox məqamı təxmin etməyi bacaracaqsınız. Ancaq əvvəlcədən planlaşdırma aparmadan bahalı alış-verişlərə yol verməyin. Səxavət impulslarınızı cilovlamağa çalışın.

Son xəbərlər
Bütün xəbərlər »