Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezident Sarkisyan Ermənistan xalqına müraciət etdi
Armen Sarkisyan

Ermənistan prezidenti Armen Sarkisyan 1 mart 2008-ci il hadisələrinin növbəti ildönümü münasibətilə həmyerlilərinə müraciətində siyasi qüvvələri zərbələrdən və qeyri-sabitlikdən çəkindirməyə çağırıb.

"Siyasi mübarizə qanuni çərçivədən kənara çıxmamalı, sarsıntılara və qeyri-sabitliyə yol verməməli, ziddiyyətlər dözümsüzlüyə, qarşılıqlı nifrət mühitinə, xüsusilə qarşıdurma və bölünməyə çevrilməməlidir", - RİA Novosti Ermənistan prezidentinin müraciətindən sitat gətirib.

Sarkisyanın sözlərinə görə, ölkənin birliyə və həmrəyliyə ehtiyacı var: "Xüsusilə bu gün konsolidasiya və tolerantlıq dövlətimiz və xalqımız üçün həyati əhəmiyyət daşıyır".

Bu gün Yerevanda iki mitinq planlaşdırılır. Müxalifət Baqramyan prospektində parlament binası qarşısında yerli vaxtla 18:00-da, Paşinyanın tərəfdarları - 18:30-da Respublika meydanında toplaşacaqlar.

Xatırladaq ki, 1 mart 2008-ci ildə Ermənistandakı müxalifət nümayişlərinin dağıdılması zamanı 10 nəfər ölmüşdü.(virtualaz.org)

Paylaş »
››› Türk polkovnik: Türkiyə “Bozdoğan”ı Azərbaycana da verəcək
››› Biz o yazını saytdan sildik, vicdanınıza düşən ləkəni kim siləcək?..
››› Hansı halda sərt karantin ola bilər...
››› 2,4 milyon dollarlıq müalicə: Körpələri tələf edən xəstəlik...
››› Bağçalarda 2 milyon yeyinti: “Birbaşa günahkarı icra başçılarıdır”
››› Rusiya Azərbaycanı Ermənistanın da üzv olduğu Gömrük İttifaqına çəkmək istəyir...
››› İşğalçıların xarabalığa çevrildiyi Ağdamdan son görüntülər – Fotolar - Videolar
Son xəbərlər
Bütün xəbərlər »