Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Amerikalı politoloq: ABŞ-Rusiya münasibətlərinin gələcəyi Ağ Evdən asılıdır
Co Bayden və Vladimir Putin

Amerikalı politoloq Dmitri Sayms bildirib ki, Rusiya Qərbə güzəştə getmək niyyətində deyil və daha Qorbaçovun vaxtındakı kimi alçaldıcı ssenarilərlə razılşamayacaq. Bizimyol.info-nun xəbərinə görə, bu barədə o “National Interest” jurnalına verdiyi müsahibədə fikir bildirib.

Onun sözlərinə görə, Moskva antirusiya sanksiyalarını aradan qaldırmaq istəyinə baxmayaraq, ciddi güzəştlərə getmək istəmir. Rusiyaya qarşı sanksiyalar o zaman faydalı alət olacaq ki, o təzyiq və təcrid vasitəsi kimi deyil, ölkənin daha çevik, daha yaxşı tərəfdaş olmasına hesablansın.

“Rusiya öz iqtisadiyyatına görə ABŞ və Çindən geri qalmasına, enerji resurslarının ixracından asılılığına baxmayaraq, texnologiyalar, kosmosun fəthi, kibernetika, koronavirusa qarşı vaksinin hazrılanması sahəsində operativliyi göstərir ki, o inkişaf etmiş ölkədir”.

Politoloq bildirib ki, Amerika - Rusiya münasibətlərinin gələcəyi ABŞ-dan daha çox asılıdır.

“Əgər ABŞ hegemoniyadan başqa heç nəyə razılaşmasa, Moskva ona qarşısında çağırışlar edən böyük maneə olacaq. Rusiya ABŞ üçün çox vacib ölkədir ,çünki ABŞ-ı fiziki olaraq məhv etməyə gücü yetən tək ölkə də Ruisyadır. Bundan əlavə, rəsmi Moskva Çin və Qərb arasındakı rəqabətdə balanslaşdırıcı rol oynayır. Moskvanın dəstəyi Çinə cəsarət verir və onu ABŞ , ABŞ-ın müttəfiqlərinə qarşı daha cürətkar davranmağa səsləyir”,- deyə politoloq vurğulayıb.

İlhamə

Paylaş »
››› "Rusiya qüvvələrinin Qarabağdan çıxarılması..."
››› Daha bir toy yarımçıq qaldı - Video
››› Norveçdə məhbus həyatı: Maraqlı faktlar - Foto
››› Aprelin 12-nə olan hava proqnozu
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Krımda 2 azərbaycanlı saxlanılıb
››› Ekspert: “Robert Koçaryanın hakimiyyətə gəlməsi ilə Qarabağ nizamlanmasında vəziyyət dəyişə bilər”
Son xəbərlər
Bütün xəbərlər »