Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistanı şayiə bürüdü: “Onik Qasparyanı zərərsizləşdirmək üçün Türkiyədən xüsusi qrup gəlib....”
Onik Qasparyan

Ermənistanda ordunun tələbinə baxmayaraq hakimiyyəti əldə saxlamağa çalışan baş nazir Nikol Paşinyanın əleydarları ona qarşı ən müxtəlif təzyiq formalarından istifadə edirlər. O cümlədən barəsində irəli sürdükləri “türkə işləyən satqın” iddiasını ictimai rəyə yeritmək üçün hər gün yeni “dəlillər” ortaya atırlar.

Virtualaz.org xəbər verir ki, ötən gün Ermənistan telegram-kanalları Paşinyana qarşı bunt qaldırmış və onun istefasını tələb edən Baş qərargah rəisi Onik Qasparyanı zərərsizləşdirmək üçün “Türkiyədən xüsusi qrup göndərildiyi” haqda xəbərlər yayıblar.

Əvvəlcə LIVEnews.am internet-resursu bildirib ki, Türkiyədən göndərilən və 13 nəfərdən ibarət xüsusi qrup Ermənistanın Gürcüstanla sərhədini keçərək ölkəyə daxil olub. İddia edilirdi ki, qrupun tərkibinə 3-cü ordunun operativ şöbəsinin, hərbi kəşfiyyatın, kəşfiyyat planlaşdırılması və koordinasiyası idarəsinin nümayəndələri daxildir. Daha sonra həmin xəbəri sürətlə digər KİV-lər və çoxsaylı Telegram-kanallar dərc edib.

Nikol Paşinyan tərəfdarlarının arasında, 25 fevral 2021

Nəticədə Ermənistan Milli Təhlükəsizlik Xidməti həmin məlumatı təkzib edən bəyanatla çıxış etməli olub. Bildirib ki, Türkiyə silahlı qüvvələrinin xüsusi qrupunun ölkəyə daxil olması haqda xəbərlər yalandır və vətəndaşlar “bu cür dezinformasiyalara inanmasınlar, ayıq-sayıq olsunlar”.

Xatırladaq ki, Paşinyan Onik Qasparyanın vəzifədən azad edilməsi haqda prezidentə təqdimat göndərib. Lakin prezident Armen Sərkisyan bu təqdimatı imzalamayıb və geri qaytarıb. Paşinyan təkrar təqdimat göndərməyə hazırlaşırdı.

“Paşinyan Türkiyəyə işləyir” mövzusunda daha bir iddianı isə həmin Semyon Peqov - Qarabağ müharibəsi dövründə özünün sərsəm reportajları ilə yalanları ilə məşhurlaşmış rusiyalı muzdlu ortaya atıb. Onun bildirdiyinə görə, Paşinyan tərəfdarlarının bu günə təyin edilmiş mitinqini izləmək üçün Gürcüstana akreditə olunmuş Türkiyə jurnalistləri Ermənistana gəlmək istəyib. Onların gəlişinə icazə verilib, amma Peqovun bildirdiyi kimi, “Rusiya buna qarşı çıxıb və türkiyəli jurnalistləri ölkəyə buraxmayıb”...

Paylaş »
››› Sirli xalq - qaraçılar: Azərbaycanda harada və nə qədərdir...
››› Türkiyə serialında yanlışlıq: Azərbaycan ərazisi Ermənistan kimi göstərildi - Video
››› Çinlə İran arasında 450 milyardlıq müqavilə region üçün hansı təhdidi yaradır...
››› Məşhur romanda yazılanlar dünyada necə reallığa çevrilib...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Gəncədə məktəb direktoru COVID-19-dan dünyasını dəyişib
››› Ukrayna Rusiyanın Kiyevdəki səfirliyinin baş diplomatına üç gün vaxt verdi
Son xəbərlər
Bütün xəbərlər »