Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İcra başçısının azad olunmuş ərazilərdən yayılan videosu qalmaqal yaratdı – Video
İcra başçısının azad olunmuş ərazilərdən yayılan videosu qalmaqal yaratdı – Video

Ağdam rayonunun icra başçısı Vaqif Həsənovun sosial şəbəkələrdə videosu yayılıb.

“Yeni Sabah” bildirir ki, video icra başçısı işğaldan azad olunmuş, doğulduğu Ağdam rayonunun Əliağalı kəndində çəkilib. N saylı hərbi hissənin komandiri ilə görüntülənən V. Həsənov ata yurduna gedir, evlərini, həyətlərini göstərir.

Vaqif Həsənov Vaqif Həsənov

Videonun təqdimatında icra başçısının içkili olduğu iddia edilir, onun hərəkətlərində və danışığında dağınıqlıq hiss olunur. Buna görə də V. Həsənovun şəhid qanı ilə alınmış torpaqlara sərxoş vəziyyətdə getməsi barədə iddialar sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid olunub.

İcra Hakimiyyəti isə başçının sərxoş olması barədə iddiaları təkzib edib.

"İşğaldan azad olunan kəndinə sərxoş vəziyyətdə gedən Ağdam rayonunun icra başçısı Vaqif Həsənov ilə bağlı iddialar əsassızdır". Bunu Qaynarinfo-ya açıqlamasında Ağdam rayon İcra Hakimiyyətinin başçısının müavini Arzu Rəhimova Ağdam rayon icra başçısı Vaqif Həsənovun sosial şəbəkədə yayılan videosundan danışarkən deyib. O bildirib ki, belə məlumatlar ancaq paxıl adamlar tərəfindən yayılır:

"İnsan bu boyda yalanı necə danışa bilər? Bu, ancaq paxıl, qəlbiqara insanların işidir. Bizim icra başçısının bütün fəaliyyəti göz qarşısındadır. Adam necə işləyən adamı görməzlikdən gələ bilər? İşləmək istəyən insana da imkan vermirlər”.

Son xəbərlər
Bütün xəbərlər »