Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Meksikalı parlamentar Xocalının ildönümü ilə əlaqədar bəyanat yaydı
Meksikalı parlamentar Xocalının ildönümü ilə əlaqədar bəyanat yaydı

Meksika Deputatlar Palatasında fəaliyyət göstərən Meksika-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Aqustin Qarsiya Rubio tərəfindən Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar bəyanat yayılıb.

Azərbaycan Respublikasının Meksikadakı səfirliyindən “Report”a verilən məlumata görə, bəyanatda 2011-ci ildə Meksika Deputatlar Palatasında Xocalı soyqırımını tanıyan sənədin qəbul edildiyini xatırladan parlamentar, faciə qurbanlarının yad edilməsi ilə bağlı qardaş Azərbaycan xalqına başsağlığı diləklərini çatdırıb.

Sənəddə, həmçinin Meksikanın sülh və dialoq tərəfdarı olduğu, bu xüsusda, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr və 11 yanvar tarixli üçtərəfli bəyanatlarını alqışladığı, bu razılaşmaların Cənubi Qafqaz regionunda davamlı sülh və sabitliyin, eləcə də qonşu xalqlar arasında barışığın təmin edilməsinə şərait yaradacağına ümidvar olduğu qeyd edilir.

Son xəbərlər
Bütün xəbərlər »