Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yerevanda bir gündə üç mitinq olacaq
İrəvanda etirazlar, 25 fevral, 2021

Ermənistanda bir gün ərzində üç nümayişin keçirilməsi nəzərdə tutulub.

Yerevanda ilk nümayiş Ermənistanın sabiq prezidenti Levon-Ter Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresinin təşkilatçılığı ilə yerli vaxtla 15:00-da baş tutacaq. Mitinq iştirakçıları 2008-ci ilin 1 mart tarixində öldürülən şəxsləri yad edəcəklər.

Saat 16:00-da isə Yerevan küçələrinə Ermənistan müxalifəti çıxacaq. Onlar baş nazir Nikol Paşinyanın istefası tələbi ilə mitinq və yürüş keçirəcək.

Növbəti nümayişi 18:30-da Ermənistanın baş naziri Nikol Paşinyan keçirəcək. O, müxalifətin iddialarının əksinə olaraq ətrafında tərəfdarlarını toplamaqla xalqın onun yanında olduğunu sübut etmək istəyir.

Qeyd edək ki, 1 mart tarixində ölkədə keçirilən prezident seçkilərinin nəticələrinə etiraz edənlərlə polislər arasında toqquşmalar baş verib. Belə ki, 2008-ci ilin fevral ayının sonunda Robert Köçəryan prezident postunu tərk edərək səlahiyyətlərini seçkilərdə qalib gələn Serj Sarkisyana verməyə hazırlaşırdı.

Səsvermənin nəticələri ilə razılaşmayan prezidentliyə namizəd Levon Ter-Petrosyan Nikol Paşinyan (Ermənistanın baş naziri - Report) daxil olmaqla tərəfdarları ilə Yerevanda etiraz aksiyaları təşkil ediblər. Aksiyalar zamanı polislə nümayişçilər arasında toqquşmalar baş verib. Nəticədə yüzlərlə insan yaralanıb, odlu silahla isə 10 nəfər qətlə yetirilib.(report)

Paylaş »
››› "Ermənistan ya 818 milyardı ödəsin, ya da Zəngəzuru qaytarsın"
››› Arutyunyan Şuşaya gəldiyi iddia edilir: Terroçuların müəyyən hissəsi qaytarılacaq
››› Rusiyanın Ukraynaya görə Türkiyəyə təzyiq vasitəsi: hava əlaqəsi dayandırılır
››› Afaq Bəşirqızının oğluna yüksək vəzifə verilib
››› “İsgəndər” raketlərini Azərbaycana Ermənistan atıb, yoxsa Rusiyanın özü...
››› Ramazan ayında sərt qapanma gəlir: İftar süfrələri qorxuludur, yoxsa diskotekalar...
››› Türk dövlətlərinin ortaq dili nə olmalıdır...
Son xəbərlər
Bütün xəbərlər »