Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran AB və ABŞ-la nüvə sazişi üzrə birbaşa danışıqlardan imtina edib
ABŞ - İran

İran Avropa Birliyinin təklif etdiyi nüvə sazişi ilə bağlı ABŞ-ın da iştirakı ilə mövcud şərtlərlə görüş keçirilməsini zəruri hesab etmir.

TASS xəbər verir ki, bunu İran XİN-in rəsmi nümayəndəsi Səid Xətibzadə bildirib.

“ABŞ-ın və “Avropa üçlüyü”nun (Fransa, Almaniya və Böyük Britaniya) son addımlarını nəzərə alaraq, İran nüvə sazişinin avropalı iştirakçıları tərəfindən təklif olunan qeyri-rəsmi görüşün keçirilməsini hazırda vacib hesab etmir”, - İran XİN tərəfindən yayılan açıqlamada qeyd olunub.

Diplomat əlavə edib ki, “bu günə qədər Vaşinqtonun yanaşmasında heç bir dəyişiklik olmayıb”: “Co Bayden hökuməti uğursuz maksimal təzyiq siyasətindən nəinki imtina etmədi, hətta BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin (nüvə razılaşmasına dair qətnamə) yerinə yetirilməsinə dair öz öhdəliklərinə sadiq qaldıqlarını belə bəyan etmədi”, - S.Xətibzadə belə deyib.

Onun sözlərinə görə, “nüvə sazişi çərçivəsində bütün tərəflərin öhdəliklərini yerinə yetirməsi danışıqlar və ya güzəşt məsələsi deyil”: “Bütün güzəştlər beş il əvvəl verildi (söhbət nüvə anlaşmasının bağlandığı tarixdən gedir)”.(apa)

Paylaş »
››› ABŞ və Türkiyə Rusiyanı Qarabağdan necə sıxışdırıb çıxaracaq... - Rusiya mətbuatı
››› Rusiya 120 min azərbaycanlını geri göndərmək istəyir
››› Diaspor Komitəsinin keçmiş sədrinə məxsus bahalı əmlak əlindən alındı
››› Nazim İbrahimov haqqında sensasiyalı iddialar
››› Rusiya Türkiyənin Ukraynaya dəstəyindən narazılığını bildirib
››› Türkiyə səfiri Azərbaycanı tərk edib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »