Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə koronavirusla bağlı son vəziyyət
Türkiyədə koronavirusla bağlı son vəziyyət

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 66 nəfər vəfat edib.

APA-nın xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyinin paylaşdığı son statistik hesabatda qeyd olunub.

Son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 8424 nəfər COVID-19 infeksiyasına yoluxub. Gün ərzində yeni növ koronavirusdan sağalan xəstələr 6511, ağır xəstələr isə 1191 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 2 701 588 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 572 234 nəfər sağalıb, 28 569 nəfər isə həyatını itirib.

Son xəbərlər
Bütün xəbərlər »