Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistanda hakim fraksiya Sarkisyanın impiçmenti məsələsini qaldırdı
Armen Sarkisyan

Ermənistan parlamentinin hakim “Mənim addımım” fraksiyası prezident Armen Sarkisyana qarşı impiçment prosesinin başladılmasını gündəmə gətirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə deputat Vaaqn Ovakimyan feysbuk səhifəsində yazıb. O, buna səbəb kimi Sarkisyanın Baş Qərargah rəisi Onik Qasparyanın istefası ilə bağlı Baş nazirin vəsatətini imzalamaqdan imtina etməsini göstərib. Ovakimyanın sözlərinə görə, Konstitusiyanın 139-cu maddəsinə əsasən, prezident Baş nazirin sərəncam layihəsini etirazla geri qaytarmaq hüququna malikdir.

“İlk baxışdan bu, Sarkisyanın həmin səlahiyyətindən istifadə edərək Baş nazirin Baş Qərargah rəisinin istefaya göndərilməsi ilə bağlı sərəncam layihəsini geri qaytarması kimi görünə bilər. Ancaq əslində belə deyil. Prezident sərəncam layihəsini özbaşına olaraq onu təklif edən orqana qaytara bilməz. Konkret olaraq, bu vəziyyətdə Baş nazir səlahiyyətləri daxilində (Konstitusiyanın 155-ci maddəsi) Baş qərargah rəisinin istefasını təklif edib. Ən emosional təsəvvürə sahib olan bir insan belə bu prosesdə konstitusiya əleyhinə heç bir ünsür görə bilməz. Əslində isə prezidentin səlahiyyətlərindən özbaşına istifadə etdiyini görürük.

Prezidentin səlahiyyətlərindən özbaşına istifadə etməsi dövlət təhlükəsizliyini poza bilər və vəziyyətin qeyri-sabitliyinə gətirib çıxara bilər”, - deyə Ovakimyan bildirib.

Millət vəkilinin sözlərinə görə, Konstitusiyanın kobud şəkildə pozulduğunu nəzərə alaraq 141-ci maddəyə əsasən, prezidentin impiçment prosesinə başlamaq üçün açıq-aşkar əsaslar olduğu irəli sürülə bilər.

Qeyd edək ki, Ermənistan Konstitusiyasının 141-ci maddəsinə əsasən, prezident dövlətə xəyanət, digər ağır cinayətə görə və ya Konstitusiyanı kobud şəkildə pozduğu üçün vəzifəsindən kənarlaşdırıla bilər.

Paylaş »
››› Arutyunyan Şuşaya gəldiyi iddia edilir: Terroçuların müəyyən hissəsi qaytarılacaq
››› Generaldan generala şikayət: “Deyir naxçıvanlıyam, mənə heç nə etməzlər”
››› “İsgəndər” raketlərini Azərbaycana Ermənistan atıb, yoxsa Rusiyanın özü...
››› “Qanuni oğru” Əli Heydərovu (“Albert Rıjiy”) güllələyən Taleh Orucovdur - Video
››› Zeynəb Xanlarovanın bacısı oğlu tutulub: Qoca qadınlara qarşı dələduzluq ittihamı - Video
››› Boş qalmış dəbilqələrə bir də dolu tərəfdən baxın
››› Nazirliyin əməkdaşı koronavirusdan vəfat edib
Son xəbərlər
Bütün xəbərlər »