Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırıldı
İran səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırıldı

İranın Ankaradakı səfiri Məhəmməd Ferazmend Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb.

“Report” xəbər verir ki, bu barədə “Anadolu” agentliyi bildirib.

Xarici siyasət idarəsində İran səfirinə bildiriblər ki, rəsmi Ankara Tehrandan terrorizmlə mübarizə məsələlərində buna qarşı çıxış etməyi yox, dəstək gözləyir.

Bir gün əvvəl İranın İraqdakı səfiri İrec Məscedi “Rudaw” kürd xəbərlər agentliyinə bildirib ki, Tehran Türkiyə qoşunlarının İraqda olmasına qarşıdır.

Məhəmməd Frezamend İraqdakı həmkarı İrec Məscidinin Türkiyə əleyhinə açıqlamaları ilə razılaşmadığını bildirib. O, qeyd edib ki, Türkiyənin İraqın sabitliyi və təhlükəsizliyinə yönələn PKK təşkilatı əleyhinə keçirdiyi əməliyyatların terrora qarşı olması Bağdad da daxil olmaqla hamıya məlumdur.

Son xəbərlər
Bütün xəbərlər »