Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Leyla Abdullayeva: "Ermənistanın pozucu yanaşması Yerevanın mənfur niyyətini nümayiş etdirir"
Leyla Abdullayeva

"Azərbaycan Respublikasının Prezidentinin yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı zamanı söylədikləri, o cümlədən münaqişə sonrası mərhələdə bölgədə təhlükəsizlik və əmin-amanlığa nail olunması üçün quruculuq və əməkdaşlıq perspektivlərindən danışdığı halda, Ermənistan tərəfinin bunun əksinə yönələn pozucu yanaşması və aqressiv ritorikası rəsmi Yerevanın mənfur niyyətini açıq şəkildə nümayiş etdirir".

“Report” xəbər verir ki, bu fikirləri Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan XİN-in nümayəndəsinin Azərbaycan Respublikasının Prezidentinin mətbuat brifinqində söylədiklərinə dair şərhi barədə KİV-in sualını cavablandırarkən deyib.

"Əgər Ermənistan öz XİN nümayəndəsinin söylədiyi kimi ordusunun müasirləşdirilməsi ilə revanşizm mövqeyindən çıxış edirsə, bu ölkə on illiklərlə davam edən təcavüz və işğalın düşmənçilik və nifaqdan başqa nəticə vermədiyini hələ də anlamırsa və yaxın keçmişdə baş vermiş hadisələrdən nəticə çıxarmırsa, xalqının təhlükəsiz və tərəqqi dolu gələcəyinin üzərindən öz əli ilə xətt çəkir.

Vətən müharibəsinin sübut etdiyi kimi, Azərbaycan hər zaman beynəlxalq sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünü təmin etməyə hazırdır və bu xüsusda meydana gələ biləcək hər hansı təhdidlərin qətiyyətlə qarşısını almağa qadirdir", - deyə Leyla Abdullayeva əlavə edib.

Paylaş »
››› "Ermənistan ya 818 milyardı ödəsin, ya da Zəngəzuru qaytarsın"
››› Cərimələnən restorana sahib çıxan olmadı
››› Rusiyanın Ukraynaya görə Türkiyəyə təzyiq vasitəsi: hava əlaqəsi dayandırılır
››› Afaq Bəşirqızının oğluna yüksək vəzifə verilib
››› Azərbaycanın peykləri hazırda nə işlə mşğuldur...
››› Ramazan ayında sərt qapanma gəlir: İftar süfrələri qorxuludur, yoxsa diskotekalar...
››› Yerevanda Rusiya generalının qızının meyiti tapıldı
Son xəbərlər
Bütün xəbərlər »