Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
BMT-nin Baş Qərargahı qarşısında Xocalı soyqırımı ilə bağlı sərgi təşkil edilib
BMT-nin Baş Qərargahı qarşısında Xocalı soyqırımı ilə bağlı sərgi təşkil edilib

ABŞ-ın Nyu-York şəhərinin Manhattan adasında Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Qərargahının binası önündə Xocalı soyqırımı dəhşətlərinin yer aldığı fotolardan ibarət rəsm sərgisi təşkil edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, sərgi Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Azərbaycan-Nyu-York Assosiasiyasının təşkilatçılığı ilə baş tutub.

“Xocalıya ədalət” (Justice for Khojaly) adı altında keçirilən sərgidə soyqırımı zamanı ermənilərin amansızlıqla qətlə yetirdiyi insanların lentə alınmış fotoları nümayiş etdirilib. Əraziyə üzərində bəşər tarixinin ən dəhşətli cinayəti olan Xocalı soyqırımı haqqında həqiqətlərin, tarixi faktların əks olunduğu rəqəmsal plakatların quraşdırıldığı xüsusi maşın da gətirilib.

Sərgi ABŞ ictimaiyyətinin, yerli medianın, ərazidə olan diplomatların və avtomobillərlə yoldan keçən sakinlərin diqqətini cəlb edib. Onlar həmvətənlərimizə yaxınlaşıb Xocalı soyqırımı haqqında məlumatlar alıblar.

Azərbaycan-Nyu-York Assosiasiyasının sədri Ercan Yerdələnli və ABŞ-da yaşayan aktiv azərbaycanlı gənclər sərgiyə qatılan insanlara tarix böyu ermənilərin azərbaycanlılara qarşı apardığı soyqırımı siyasəti, onların Xocalıda körpə və yaşlı demədən insanlığa sıxmayan vəhşiliklə həyata keçirdikləri cinayətlər haqqında məlumatlar veriblər.

Paylaş »
››› "Rusiya qüvvələrinin Qarabağdan çıxarılması..."
››› Daha bir toy yarımçıq qaldı - Video
››› Norveçdə məhbus həyatı: Maraqlı faktlar - Foto
››› Aprelin 12-nə olan hava proqnozu
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Krımda 2 azərbaycanlı saxlanılıb
››› Ekspert: “Robert Koçaryanın hakimiyyətə gəlməsi ilə Qarabağ nizamlanmasında vəziyyət dəyişə bilər”
Son xəbərlər
Bütün xəbərlər »