Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paşinyanın Yerevanda daha bir layihəsi: baş tutacaqmı?
İrəvanda etirazlar, 25 fevral, 2021

Rusiya Ermənistanda ciddi proseslərə start verib. "İsgəndər" raketləri ilə bağlı Paşinyanın səsləndirdiyi fikirlər Rusiyanın və böyük ölçüdə qürurlandıqları Hərbi Sənaye Kompleksinin beynəlxalq nüfuzuna Azərbaycanın 44 günlük Vətən müharibəsi dövründə vurduğu zərbədən daha ağır, daha ciddi zərbə vurdu.

Paşinyan düşünmədən, təsadüfənmi belə bir söz işlətdi? Yoxsa, avantürist Paşinyan bilərəkdən bu gedişi etdi?

Bu sualların cavabını düzgün tapa bilsək, Ermənistanda baş verənlərin mahiyyətini başa düşmək mümkün olacaq.

Paşinyan kifayət qədər ağıllı və praqmatik siyasətçi olduğunu 10 noyabr tarixindən sonra atdığı addımlarla göstərmiş oldu. Eyni zamanda, kütlələrlə işləyə bildiyini və zərurət yarandıqda çevik manevrlər etmək, mövqe dəyişdirmək bacarığını nümayiş etdirib. Bir sözlə, Paşinyan çox çevik və elastik siyasətçidir və ağılsız da deyil.

Demək, aydın şəkildə deyə bilərik: Paşinyan bilərəkdən, hansısa məqsədlər güdərək bu fikirləri səsləndirib. Hansı məqsədləri?

- Rusiya Paşinyana dəstək verməklə, onu hakimiyyətdə saxlayıb 10 noyabr və 11 yanvar bəyanatlarından irəli gələn şərtlərin icrasının təminatçısı rolunda çıxış etməyə məcbur etdi;

- Rusiyanın şərtləri ilə razılaşmaq məcburiyyətində qalan Paşinyan ötən ilin sonları üçün özünün siyasi və fiziki mövcudluğunu qatantiya altına almış oldu;

- müxalifətin bir neçə aylıq səmərəsiz cəhdləri, Koçaryanın Rusiyaya səfəri və demək olar əliboş geri dönməsi, xüsusilə, xalqın böyük hissəsinin baş verənlərə rəğmən Paşinyanı müdafiə etməsi, onu növbəti nəbz yoxlamasına getməyə risk edə biləcək addımlar atmasına gətirdi.

Demək, Paşinyan Rusiyadan (ən azı hərbi elitadan) ciddi zərbə alacağını və müxalifətin daha da aqressivləşəcəyini bilərək və bu təhlükəni gözaltına alaraq bu addımı atıb.

Belədirsə, hansı proseslərin astanasındayıq və Paşinyan nələrə görə nəbz yoxlanışına gedir, həm də bu qədər risklərə qarşılıq?

Paşinyan qarşıdakı aylarda Azərbaycan və Türkiyə ilə iqtisadi-kommunikasiya əlaqələrinin qurulması istiqamətində böyük addımlara getməyi planlaşdırır. Zatən, Paşinyanı qarabağlı dönmə ermənilərə görə müharibə etmək istəməyən sadə ermənistanlılar məhz bu əlaqələrin qurulmasına, nəticədə düşdükləri bataqlıqdan xilas olacaqlarına yeganə ümid kimi görürlər.

Elədirsə, bunun üçün nəbz yoxlamasına nə ehtiyac var?

Məsələ ondadır ki, Azərbaycan və Türkiyə ilə sivil əlaqələrin qurulması üçün vacib bir şərt təhdid olaraq hələ də qalmaqdadır: Ermənistan Azərbaycan və Türkiyənin ərazi bütövlüyünü tanımalı, rəsmi şəkildə ərazi iddialarından əl çəkməlidir.

Beləliklə,

Ermənistanda baş verənlər müəyyən mənada planlaşdırılmış hadisələrdir;

Rusiya istəsə belə, indiki halda Ermənistanda hakimiyyət dəyişikliyinə dəstək verməyəcək (Paşinyanı cəzalandırmaq üçün müəyyən mərhələyə qədər təziq istisna deyil);

Yerevanda hərbi çevrilişin baş tutma ehtimalı yoxdur və ys çox azdır;

Növbəti dəfə xalqın dəstəyini alan Paşinyan hakimiyyətini qoruya biləcək;

Müxalifəti növbəti dəfə məğlub edən Paşinyan yaz aylarında kardinal addımlar atacaq (Qarabağdan imtina, Azərbaycan və Türkiyə ilə əlaqələrin qurulması, Qarabağdan silahlıların tam olaraq çıxarılması və sair).

P.S. Fikrimcə, Paşinyanın Ermənistanda düşünülmüş şəkildə (bir çağırışla 10 minlərlə vətəndaşın hakimiyyətə dəstək mitinqinə çıxması sizcə, əvvəlcədən işlənən, hesablamış plan deyil?) idarə etdiyi prosesləri dəyişməyin bir variantı var: Paşinyanın fiziki məhvi. Ümid edək ki, bu variant baş tutmayacaq.

Anar Əliyev Anar Əliyev,

Tarix üzrə fəlsəfə doktoru, politoloq

Paylaş »
››› Generaldan generala şikayət: “Deyir naxçıvanlıyam, mənə heç nə etməzlər”
››› Zeynəb Xanlarovanın bacısı oğlu tutulub: Qoca qadınlara qarşı dələduzluq ittihamı - Video
››› Kamil Zeynallı Qarabağ qazisini Maştağada dispanserə yerləşdirdi - Video
››› Boş qalmış dəbilqələrə bir də dolu tərəfdən baxın
››› "Şəxsiyyət vəsiqəmə öz şəklini vuraraq 2,5 milyon dollarımı mənimsəyib" - Video
››› Videosu yayılan qazini dövlət nəzarətə götürdü - Video
››› AZAL-ın “möcüzə”si: İslandiyadan Türkiyəyə Azərbaycandan daha ucuz gedib-gəlmək olur
Son xəbərlər
Bütün xəbərlər »