Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Almaniya və Rusiya arasında kəşfiyyat qalmaqalı
Almaniya və Rusiya arasında kəşfiyyat qalmaqalı

Almaniyanın Rusiya ilə münasibətləri zamanla normallaşsa da, heç vaxt sabit olmayıb. Ölkələr arasında yenə gərginlik yaşanır. Almaniya Rusiyanı casus şəbəkəsi yaratmaqda ittiham edir.

Bizimyol.info xəbər verir ki, Avropa ölkəsi Rusiyanın informasiya toplamaq üçün bundestaqa adam yerləşdirməsini iddia edir. Almaniya prokurorluğu Yens F. adlı şəxsin casusluq fəaliyyəti ilə məşğul olduğunu açıqlayıb. Bu şəxs bundestaqın işlərini görən texniki şirkətin əməkdaşı kimi təqdim olunur.

55 yaşlı almanın Rusiya xüsusi xodmət orqanlarına işlədiyi iddia olunur. Yens F. Bundestaqın mərhələli planları haqda məlumat əldə edə bilib. Federal prokurorluğun rəsmi nümayəndəsi bildirib ki, Brandenburq şəhərində yaşayan alman öz təşəbbüsü ilə addımlar atıb, xüsusi təlimat almayıb.

Almaniya prokurorluğu həmin şəxsin həbsinə hələ qərar verməyib. Çünki onun cinayəti ilə bağlı tam əminlik yaranmayıb. Yens F. istintaqdan qaçmağı düşünmədiyini göstərib. Sadəcə, şübhələr ən yüksək həddədir. Almanın Rusiya ilə əlaqələrinin olması şübhəsizdir. “Velt” qəzeti yazıb ki, Yens F. bir müddət əvvəl tamam işsiz qaldığından, Rusiya xüsusi xidmət orqanlarına çıxış axtarırmış. Texniki şirkətin əməkdaşı şübhə doğurduğundan, onun bundestaqa girişi yasaqlanıb.

“Şpigel”in məlumatına görə, federal prokurorluq Almaniya vətəndaşından 2017-ci ildən şübhələnməyə başlayıb. Bundan iki il sonra onun mənzilində axtarış aparılıb. Axtarış Yensin əvvəllər Almaniya Demokratik Respublikasının (ADR) xüsusi xidmət orqanı sayılan “Ştazi” ilə qeyri-rəsmi əməkdaşlıq etməsini üzə çıxarıb. Məlumatda bildirilir ki, F. ADR milli qvardiyasının 9-cu tank diviziyasının keçmiş zabitidir. Amma Yensin 1984-1990-cı illərdə “Ştazi” ilə əməkdaşlığı da məlumdur. Almaniya Təhlükəsizlik Xidməti “Velt” qəzetinin sorğusuna cavab olaraq bildirib ki, Yens F. həqiqətən də, “Ştazi” ilə əməkdaşlıq edib. Onun xüsusi xidmət orqanının bir qrup əməkdaşına rəhbərlik etdiyi də bildirilib.

İş orasındadır ki, almanların da ruslara oxşar ittihamı var. Rusiyada Demuri V. Almaniya üçün casusluq etməkdə təqsirləndirilir və onu 20 il həbs cəzası gözləyir. Guya o, Berlində nümayəndəliyi olan konsaltinq şirkətinə rəhbərlik etməklə yanaşı, xarici mənbələrə məlumat ötürürmüş. Rusiya konkret ölkə adı çəkməyə tələsmir. Amma almanın məhz Almaniyaya işləməsinə eyham vurulur.

Vladimir Putinin olduğu deyilən saray Vladimir Putinin olduğu deyilən saray

Casusluq qalmaqalı Almaniya ilə Rusiyanın münasibətlərinə yalnız soyuqluq gətirib. Üstəlik, rus müxalifətçi Aleksey Navalnının Vladimir Putinin sarayı haqda sənədli filmi məhz Almaniyada hazırlaması gərginliyi bir az da artırır.

Son xəbərlər
Bütün xəbərlər »