Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Laçın təndiri”nin qarşısında gənclərin zarafatı qətillə bitib
Bıcaqlama

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham olunan Sumqayıt şəhər sakini 18 yaşlı Fərid Əzizlinin, onun xuliqanlıqda ittiham olunan qardaşı 25 yaşlı Əziz Əzizli və dostu 18 yaşlı Kərim Şükürovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Virtualaz.org-un xəbərinə görə, qətl hadisəsi ötən il iyulun 19-da gecə saatlarında Sumqayıt şəhəri, 22-ci məhəllə ərazisində baş verib. “Laçın təndiri” adlanan çörək mağazasının qarşısında Fərid Əzizli ilə Rüfət Nəsirovun zarafatlaşması sonda faciəyə səbəb olub. Tərəflərin mübahisəsi əvvəlcə əlbəyaxa, daha sonrasa kütləvi davaya gətirib çıxarıb. Həmin vaxt yaxınlıqda dayanan 25 yaşlı Ramid Sevindikzadə dostları – Azad Aslanov və Şəhriyar Sadıxovla birgə, müstəntiqlərin təbirincə desək, “ictimai borclarını yerinə yetirmək məqsədilə” Rüfətin döyülməsinin qarşısını almağa cəhd göstərib, davaya müdaxiə ediblər. Bu zaman Fərid üzərində gəzdirdiyi bıçağı çıxararaq Ramidə ardıcıl zərbələr endirib. Mübahisəni sakitləşdirmək istəyən 25 yaşlı gənc mənasız davanın qurbanına çevrilib, aldığı xəsarətlərdən həyatını itirib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəliblər, qətli törətməkdə şübhəli bilinən Fərid Əzizli istintaqa cəlb edilib. Onun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 221.3-cü maddələri ilə ittiham irəli sürülüb. Həmin vaxt F.Əzizli ilə birlikdə olan və kütləvi davada iştirak edən Kərim Şükürov və qardaşı Əzizi Əzizli də məsuliyyətə cəlb olunub. Onlara qarşı Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb.

Dava zamanı Azad Aslanov və Rüfət Nəsirov xəsarət aldıqları üçün cinayət işi üzrə zərərçəkmiş qismində tanınıblar.

Təqsirləndirilən Fərid Əzizli ifadəsində mərhum Rahid Sevindikzadəni tanımadığını, hadisə baş verən günədək onu görmədiyini deyib. Həmin gün qardaşı Əziz, yaxın dostu, sinif yoldaşı Kərim ilə birgə oturub pivə içiblər. F.Əzizlinin ifadəsinə görə, sinif yoldaşı Rüfət də onların yanına gəlib. Kərim Rüfətin qolundakı saata baxmaq üçün götürüb, sonra zarafatla saatı ona verib, yenidən özünə qaytarıblar. Daha sonra Rüfətin pul qabını istəyən Kərim oradan götürdüyü 5 manatı Fəridə verib. Bu zarafat Rüfətin xoşuna gəlməyib.

”Rüfətə pulu zarafatla götürdüyümüzü desək də kobud danışdı. Bu vaxt yaxınlıqdakı avtomobildə əyləşənlər maşından düşüb yanımıza gəldilər. Rüfət getməli olduğunu deyib 5 manatı istədi, mən də verdim. Amma əlavə olaraq 1 manatının da məndə olduğunu dedi. Dedim yoxdur, əsəbləşdim yumruqla vurdum”,-o ifadəsində bildirib.

Əsl faciə də bundan sonra yaşanıb: “Adının Ramid olduğunu sonradan öyrəndiyim oğlan qardaşımın boynundan tutub özünə tərəf çəkdi. “Sən kimin qardaşını boğursan?” deyib bıçaqla onu vurdum. Həmin bıçağı pendir doğramaq üçün evdən götürmüşdüm. Polislər bizi tutub Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsinə apardılar. Hadisə zamanı həyəcanlı, əsəbi olmuşam. Törətdiyim əməldən peşmanam”.

Əslən Füzuli rayonundan olan zərərçəkmiş Adil Behbidov ifadəsində oğlu Ramidin 3-cü qrup əlil olduğunu, fars-ingilis təmayüllü məktəbi bitirdiyini göstərib: “Oğlum hərbi xidmətə yararsız olduğundan əsgərliyə getməmişdi. Xasiyyətcə mehriban idi, bütün dostları ilə münasibəti yaxşı olub. Kimsə ilə düşmənçiliyi, ədavəti olmayıb”.

Mərhumun atası oğlunun ölüm xəbərini digər oğlundan aldığını deyib: “Böyük oğlum zəng vurub Ramidin bıçaqlandığını dedi. Dərhal Sumqayıt şəhəri Travmatologiya xəstəxanasına getdim. Oraya çatanda Ramidin vəfat etdiyini öyrəndim. Oğlumu bıçaqlayan Fərid Əzizilinin kim olduğunu bilməmişəm, tanımamışam”.

Zərərçəkmiş Rüfət Nəsirov ifadəsində F.Əzizili ilə birgə Sumqayıtdakı “Yeni Kottec” massivindəki 8 saylı orta məktəbdə oxuduğunu, hazırda tikintidə fəhlə işlədiyini göstərib: “Fəridlə Kərim içkili idilər, mənimlə zarafatlaşmağa başladılar. Pulqabımdan 7 manat götürdülər. Pulu istəyəndə Fərid dedi ki, mənə pul vermisən? Sonra 5 manatı qaytardı, 2 manatı da istəyəndə Fərid pulu olmadığını dedi. İçkili idi deyə, daha heç nə deməyib uzaqlaşmaq istədim. Bu zaman Fərid sifətimdən vurdu, qulağım bərk ağrıdı, dizi üztə yerə çökdüm. Qarışıqlıq yarandı deyə qorxumdan qaçıb getdim. Həmin vaxt orada kimlərin dalaşdığını görməmişəm. Ertəsi gün Azad zəng vurub dedi ki, mübahisə vaxtı Fərid Azadla Şəhriyarın dostu Ramidi bıçaqla vurub öldürüb”.

Zərərçəkmiş Azad Aslanov ifadəsində mərhum Ramid Sevindikzadəni dostu Şəhriyarın vasitəsilə tanıdığını, Rüfətin isə onlarla eyni məhəllədə yaşadığını deyib.

“Rüfətin iki nəfərlə mübahisə etdiyini gördük. Onlardan biri Rüfəti vurdu. Bu vaxt avtomobildən düşüb dalaşanları ayırmağa getdik. Sonradan adını bildiyim Əziz və Kərim məni vurdular, söyüş söydülər. Bu zaman Şəhriyar qışqırıb dedi ki, Ramidi vurdular. Şəhriyarla köməkləşib Ramidi xəstəxanaya apardıq. Amma xəstəxanada artıq onun öldüyünü dedilər”,-A.Aslanov belə deyib.

Sözün hərfi mənasında heç nəyə görə tökülən bu qana görə indi təqsirləndiriləni qəsdən adam öldürmək ittihamı ilə ağır cəza gözləyir.

Paylaş »
››› "Rusiya qüvvələrinin Qarabağdan çıxarılması..."
››› Daha bir toy yarımçıq qaldı - Video
››› Norveçdə məhbus həyatı: Maraqlı faktlar - Foto
››› Aprelin 12-nə olan hava proqnozu
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Krımda 2 azərbaycanlı saxlanılıb
››› Ekspert: “Robert Koçaryanın hakimiyyətə gəlməsi ilə Qarabağ nizamlanmasında vəziyyət dəyişə bilər”
Son xəbərlər
Bütün xəbərlər »