Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-da Xocalı soyqırımını tanıdan xüsusi avtomobillər hərəkət edir
Xocalı

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi əsasında Florida ştatında fəaliyyət göstərən Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının təşkilatçılığı ilə Sauz Biç, Mayami və Orlando şəhərlərində, Florida Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə Sanni ayles Biç şəhərində, Amerika Orta Qərb ştatları üzrə Azərbaycan Mərkəzinin təşkilatçılığı ilə İllinoys ştatının Çikaqo şəhərində, Meyn Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə Meyn ştatının Portlənd şəhərində "Xocalıya ədalət" tələbi ilə məlumatlandırma aksiyaları keçirilib.

Komitədən APA-ya bildirilib ki, "Xocalıya ədalət!" beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində gerçəkləşdiriləm aksiya zamanı üzərində Xocalı soyqırımına dair faktları təqdim edən rəqəmsal plakatlı xüsusi avtomobillər şəhərin mərkəzi küçələrində hərəkət edib. Rəqəmsal plakatlarda Xocalıda erməni silahlı birləşmələrinin törətdiyi qanlı cinayətləri əks etdirən şəkillər və məlumatlar nümayiş edilib.

Xüsusi dizaynlı avtomobillər şəhərlərin mərkəzi küçə və meydanlarından keçərək yerli sakinlərin diqqətini Xocalıda ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırıma cəlb ediblər.

Paylaş »
››› Xəstəxanaların can bazarı – Çalış ölmə!
››› “Ermənistanın Zəngəzur dəhlizini açmaması Rusiyaya qarşı demarş olar”
››› “Zəngəzur namus məsələsidir, güzəşt etmək olmaz”
››› Qərbin hədələri Kremli qorxutdu: Qoşunlarını geri çəkir...
››› Ölkə ərazisindən keçən yük maşınlarına qoyulan 700 dollar tələbi…
››› Zelenski Rusiyanın Ukrayna ilə sərhəddən qoşunları geri çəkməsinə münasibət bildirib
››› Daha bir ölkə rusiyalı diplomatları deportasiya edir
Son xəbərlər
Bütün xəbərlər »