Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Baş nazir İnvestisiya Holdinqinin Müşahidə Şurasının növbəti iclasını keçirib
Əli Əsədov

Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının sədri, Baş nazir Əli Əsədovun sədrliyi ilə Şuranın növbəti iclası keçirilib.

Bizimyol.info xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat verib.

Bildirilir ki, iclasda Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 fevral tarixli Sərəncamından irəli gələn tapşırıqlara uyğun olaraq nəqliyyat sahəsində fəaliyyət göstərən dörd dövlət şirkətinin – Azərbaycan Hava Yolları QSC, Azərbaycan Dəmir Yolları QSC, Bakı Metropoliteni QSC və BakuBus MMC-nin AİH-in idarəçiliyinə verilməsinə dair məsələ şirkətlərin rəhbərlərinin iştirakı ilə müzakirə olunub.

Eyni zamanda, iclasda Azərbaycan Respublikası Prezidentinin AİH ilə bağlı imzaladığı Fərman və Sərəncamlardan irəli gələn tapşırıqlar – portfel şirkətlərdə korporativ idarəetmənin təşkili, səmərəli və şəffaf fəaliyyəti, maliyyə sağlamlığının gücləndirilməsi, dayanıqlı inkişafın təmini və bəzi təşkilati məsələlərə dair fikir mübadiləsi aparılıb. Verilən tapşırıqların vaxtında və tam həcmdə icra olunması əsas tələb kimi qarşıya qoyulub.

Dörd portfel şirkətinin Müşahidə Şuralarının tərkibinin formalaşdırılmasına dair təkliflərin Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması barədə qərar qəbul olunub.

Şuranın iclasında AİH-in Baş icraçı direktoru Ruslan Əlixanov portfel şirkətlər ilə bağlı qərarların qəbul olunmasına dair səlahiyyət bölgüsü barədə təqdimatla çıxış edib, məsələ ətrafında müzakirələr aparılıb.

Paylaş »
››› Türk polkovnik: Türkiyə “Bozdoğan”ı Azərbaycana da verəcək
››› Biz o yazını saytdan sildik, vicdanınıza düşən ləkəni kim siləcək?..
››› Hansı halda sərt karantin ola bilər...
››› 2,4 milyon dollarlıq müalicə: Körpələri tələf edən xəstəlik...
››› Bağçalarda 2 milyon yeyinti: “Birbaşa günahkarı icra başçılarıdır”
››› Rusiya Azərbaycanı Ermənistanın da üzv olduğu Gömrük İttifaqına çəkmək istəyir...
››› İşğalçıların xarabalığa çevrildiyi Ağdamdan son görüntülər – Fotolar - Videolar
Son xəbərlər
Bütün xəbərlər »