Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ Hərbi Hava Qüvvələri “Sibirə qədər çatan” 400 stels-raket alır
ABŞ Hərbi Hava Qüvvələri “Sibirə qədər çatan” 400 stels-raket alır

ABŞ Hərbi Hava Qüvvələri 400 ədəd AGM-158B Joint Air-to-Surface Standoff Missile-Extended Range (JASSM-ER) stels-raketinin alınmasına dair müqavilə bağlayıb.

Virtualaz.org xəbər verir ki, bu müqavilə haqda “Janes” nəşri yazır. Müqavilə Amerikanın “Lockheed Martin” şirkəti ilə imzalanıb və ümumi dəyəri 428 milyon dollardır. Müqavilənin şərtlərinə əsasən raketlər 2025-ci ilə qədər təhvil veriləcək.

Ötən il “Defence Espress” informasiya-konsaltinq agentliyi yazırdı ki, B-52 “Stratofortress” strateji bombardmançısından buraxılan AGM-158B JASSM-ER raketləri bu təyyarələrin S-400 “Triumf” zenit-raket komplekslərinin məsuliyyət zonasına daxil olmadan “Sibirə qədər” gedib çata bilər. Onların mənzili 980 kilometrdir və kifayət edir ki, Rusiyanın Arktika hissəsində, o cümlədən Sibirdə yerləşən əsas strateji obyektlərinə zərbə endirsin.

Son xəbərlər
Bütün xəbərlər »