Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avtomobilində gizli saxlanc yeri düzəldərək narkotik daşıyan tutulub
Həbs

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobildən bir kiloqramdan artıq heroin aşkarlanıb.

Bizimyol.info xəbər verir ki, DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran rayon sakini Cəsarət Mirzəyev Ələt-Astara yolunun Lənkəran rayonu ərazisindən keçən hissəsində idarə etdiyi “Vaz 2106” markalı avtomobildə saxlanılaraq polis şöbəsinə gətirilib.

Keçirilən baxış zamanı C.Mirzəyevin üzərindən və idarə etdiyi avtomobilin arxa oturacağının alt hissəsində quraşdırdığı gizli saxlanc yerindən ümumilikdə 1 kiloqram 125 qramdan artıq narkotik vasitə heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş »
››› "Ermənistan ya 818 milyardı ödəsin, ya da Zəngəzuru qaytarsın"
››› Rusiyanın Ukraynaya görə Türkiyəyə təzyiq vasitəsi: hava əlaqəsi dayandırılır
››› Arutyunyan Şuşaya gəldiyi iddia edilir: Terroçuların müəyyən hissəsi qaytarılacaq
››› Afaq Bəşirqızının oğluna yüksək vəzifə verilib
››› “İsgəndər” raketlərini Azərbaycana Ermənistan atıb, yoxsa Rusiyanın özü...
››› Ramazan ayında sərt qapanma gəlir: İftar süfrələri qorxuludur, yoxsa diskotekalar...
››› Türk dövlətlərinin ortaq dili nə olmalıdır...
Son xəbərlər
Bütün xəbərlər »