Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
TikTok gizliliyin pozulmasına görə 92 milyon dollar ödəyəcək
TikTok gizliliyin pozulmasına görə 92 milyon dollar ödəyəcək

TikTok istifadəçilərinin icazəsi olmadan şəxsi məlumatları toplaması iddiası ilə açılan kollektiv məhkəmə işlərinin həlli üçün 92 milyon dollar ödəməyi qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, TikTok gizliliyin pozulmasına görə 21 məhkəmə işi ilə bağlı ABŞ-a pul ödəyəcək.

“İddialara qatılmasaq da, TikTok olaraq istifadəçilər üçün etibarlı və xoş bir təcrübə yaratmağa fokuslanmaq istəyirik”, - şirkətin açıqlamasında deyilir.

Qeyd edək ki, TikTok-un ABŞ-da 100 milyon istifadəçisi var. Tətbiq xüsusən gənc ameriakalılar arasında populyardır.

Son xəbərlər
Bütün xəbərlər »