Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Litva Seyminin deputatları Xocalı soyqırımını pisləyiblər
Xocalı soyqırımı

Xəbər verildiyi kimi, fevralın 25-də Milli Məclisin və Litva Seyminin parlamentlərarası əlaqələr üzrə dostluq qrupları arasında videokonfrans formatında görüşü keçirilib.

Görüşdə Xocalı qoyqırımının 29-cu ildönümü münasibəti ilə fikir mübadiləsi aparılıb. Litva Seyminin rəsmi veb-saytında həmin görüş barədə ətraflı məlumat verilib.

Məlumatda bildirilir ki, 1992-ci il fevralın 26-da erməni işğalçıları tərəfindən həyata keçirilən hərbi əməliyyat zamanı Xocalının dinc əhalisi xüsusi qəddarlıqla qətlə yetirilib, yüzlərlə insan yaralanıb və əsir götürülüb.

Litva parlamentinin üzvləri Azərbaycan xalqının tarixində baş vermiş bu qanlı və amansız hadisəni insanlığa qarşı cinayət kimi dəyərləndiriblər. Qeyd edilib ki, litvalı müəlliflər bu faciəyə həsr olunmuş “Sonsuz dəhliz” adlı sənədli film hazırlayıblar. Filmdə Xocalıda törədilmiş qətliamın dəhşətli epizodları təsvir olunur.

Litva Seyminin Azərbaycanla dostluq qrupunun rəhbəri Kazis Starkyaviçius Xocalı soyqırımını pislədiklərini və bu məsələdə Azərbaycanın ədalətli mövqeyini dəstəklədiklərini, Azərbaycan xalqının yanında olduqlarını vurğulayıb. Qeyd edilib ki, Xocalı qurbanlarının xatirəsi Litvanın Bakıdakı səfirliyində də anılacaq.

Bizimyol.info

Paylaş »
››› "Rusiya qüvvələrinin Qarabağdan çıxarılması..."
››› Daha bir toy yarımçıq qaldı - Video
››› Norveçdə məhbus həyatı: Maraqlı faktlar - Foto
››› Aprelin 12-nə olan hava proqnozu
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Krımda 2 azərbaycanlı saxlanılıb
››› Ekspert: “Robert Koçaryanın hakimiyyətə gəlməsi ilə Qarabağ nizamlanmasında vəziyyət dəyişə bilər”
Son xəbərlər
Bütün xəbərlər »