Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezident: “Türkiyədə istehsal edilən ən müasir silah növlərinin Azərbaycana gətirilməsi üçün razılaşma əldə edilib”
İlham Əliyev

“Müharibə dövründə bütün dünya Türkiyə müdafiə sənayesinin keyfiyyətini gördü. Bu artıq dünya üçün sirr deyil. Türkiyə istehsalı olan müdafiə sistemlərindən Azərbaycan məharətlə istifadə edib və müharibədə bu bizə böyük üstünlük verib”.

Prezident bildirib ki, müharibədən sonra da bu təmaslar davam edir: “Onu bildirməliyəm ki, yeni kontraktlar imzalanıb. Türkiyə tərəfi ilə Türkiyədə istehsal edilən ən müasir silah növlərinin Azərbaycan gətirilməsi üçün razılaşma əldə edilib. Yeni müqavilələrə imzalanıb və bu bizim hərbi gücümüzü böyük dərəcədə gücləndirəcək. Bildiyiniz kimi, Türkiyə və Azərbaycan müntəzəm olaraq birgə təlimlər keçirir. Ötən il pandemiyaya görə az keçirildi. Amma 2019-cu ildə 10 dəfədən çox keçirilmişdi. Və bu ildən artıq Qars şəhərində keçirilib. Bu sahədə də işlər aparılacaq. Bir çox sahələrdə azad edilmiş torpaqlarda Türkiyə şirkətlərini biz görmək istəyirik, əminəm ki, görəcəyik. İnşaat, tikinti, struktur və tarixi abidələrimizin bərpası işlərində. Ona görə görüləcək işlər çox olacaq. Bundan sonra da bərabər olacağıq”. (Apa.az)

Paylaş »
››› Müharibə bitib, diplomatik savaş ən qaynar fazaya keçib
››› “Yaşın çoxdur deyib işə almırlar, yaşın azdır deyib pensiya vermirlər”
››› “Tıq-tıq” nağıllarını Tiktok rüsvayçılığı əvəz edəndən sonra..
››› Qərb mətbuatı: “Türk dronları Azərbaycana qələbə gətirdi”
››› Mal əvəzinə naz satan qızlar: “Almasanız, müdir məni qovacaq”
››› Laçındakı Həkəri körpüsü erməni şirkəti tərəfindən təmir edilir…
››› Ərzaq qiymətlərinin yüksəlməsi Rusiyada böyük narazılıq dalğası yaradıb
Son xəbərlər
Bütün xəbərlər »