Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezident İlham Əliyev Ərdoğana zəng edib
Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 26-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.

Bövlətimizin başçısı Prezident Rəcəb Tayyib Ərdoğanı ad günü münasibətilə təbrik edib, dost və qardaş Türkiyənin inkişafı və firavanlığı naminə ona fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.

Türkiyə Prezidenti göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə təşəkkür edib.

Prezident Rəcəb Tayyib Ərdoğan Xocalı soyqırımı ilə əlaqədar dövlətimizin başçısına və Azərbaycan xalqına başsağlığı verib.

Azərbaycan Prezidenti başsağlığına görə minnətdarlığını bildirib.

Dövlət başçıları Azərbaycan-Türkiyə münasibətlərinin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminlik ifadə edib, əlaqələrimizin gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.(apa)

Paylaş »
››› ABŞ və Türkiyə Rusiyanı Qarabağdan necə sıxışdırıb çıxaracaq... - Rusiya mətbuatı
››› Rusiya 120 min azərbaycanlını geri göndərmək istəyir
››› Diaspor Komitəsinin keçmiş sədrinə məxsus bahalı əmlak əlindən alındı
››› Nazim İbrahimov haqqında sensasiyalı iddialar
››› Rusiya Türkiyənin Ukraynaya dəstəyindən narazılığını bildirib
››› Türkiyə səfiri Azərbaycanı tərk edib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »