Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyəli azarkeş Mahir Emrelini "Qalatasaray" rəsmisinə təklif etdi
Türkiyəli azarkeş Mahir Emrelini "Qalatasaray" rəsmisinə təklif etdi

Türkiyənin "Qalatasaray" klubunun skautu Emre Utkucan sosial şəbəkədə Azərbaycan millisinin və "Qarabağ"ın futbolçusu Mahir Emreli ilə bağlı maraqlı təklif alıb.

"Report" xəbər verir ki, tvitterdə İmla Kılavuzoğlu adlı istifadəçi İstanbul təmsilçisinin rəsmisinə müraciət edib.

O, Emre Utkucanın paylaşımına yazdığı şərhdə Azərbaycandan "Qalatasaray"da indiyədək heç kimin iştirak etmədiyini bildirib: "Emre bəy, "Qarabağ"dakı Mahir Emrelini izləmisiniz? Komandamızda bu vaxtadək Azərbaycan türkü olmayıb. Bunu qeyd dəftərinizin küncünə yazın".

Qeyd edək ki, Mahir Emreli qış transfer dönəmində Polşanın "Zaqlembe" və "Rakuv", Avstriyanın "Şturm" və Macarıstanın adı açıqlanmayan klubundan təklif alıb. 24 yaşlı hücumçu mövsümün sonunadək "Qarabağ"da qalmağa qərar verib. Onun Ağdam təmsilçisi ilə sözləşməsi yayda başa çatacaq.

Son xəbərlər
Bütün xəbərlər »