Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dövlət Gömrük Komitəsinin sabiq şöbə rəisinə hökm oxunub
Dövlət Gömrük Komitəsinin sabiq şöbə rəisinə hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Tranzit şöbəsinin rəisi vəzifəsində çalışmış Ceyhun Babayevin cinayət işi üzrə məhkəmə baxışı başa çatıb.

“Report” xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə hökm oxunub.

Hökmə əsasən, C.Babayev 4 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmə əsasən, o, həmçinin 2 il müddətində dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilib.

C.Babayev Baş prokurorluq və Dövlət Gömrük Komitəsi tərəfindən birgə keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

O, daşıma fəaliyyəti ilə məşğul olan şirkətlərə məxsus malların tranzit gömrük rəsmləşdirilməsinin tezləşdirilməsi müqabilində MMC-lərin səlahiyyətli nümayəndələrindən müxtəlif məbləğli pulu rüşvət kimi almaqda ititham edilib.

C.Babayevə Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə ittiham verilib.

Son xəbərlər
Bütün xəbərlər »