Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yerevanda etirazçılar Prezident İqamətgahının önünə toplaşdılar
Yerevanda etirazçılar Prezident İqamətgahının önünə toplaşdılar

Yerevanda müxalifət mitinqinin iştirakçıları Baş nazir Nikol Paşinyanın Baş Qərargah rəisi Onik Gasparyanın istefası ilə bağlı vəsatəti imzalamamağa çağırmaq üçün Prezident İqamətgahının qarşısına toplaşıblar. Bu barədə “Sputnik Ermənistan” məlumat verib.

“Prezidentdən Paşinyanın şantajına boyun əyməməsini, etirazını açıq şəkildə bildirməsini və Baş nazirin vəsatətinin konstitusiyaya uyğunluğunu müzakirə etmək üçün Konstitusiya Məhkəməsinə müraciət etməsini tələb etməliyik”,- hərəkatın koordinatoru İşxan Saqatelyan jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Paşinyan Qasparyandan ayrılması üçün orduya təzyiq göstərməyə davam edir, lakin ordu qətiyyətlidir - xalqın yanındadır. Saqatelyan bu vəziyyətdə Prezidentin mövqeyini vacib sayır, çünki Baş Qərargah rəhbərinin vəzifəsindən kənarlaşdırılması təklifi onun masasındadır.

“Prezident imzalamayacağını bildirib (Sarkisyan açıq şəkildə belə fikir bildirməyib - red.), ancaq bu, kifayət deyil. Dövlət başçısının münasibətini qanun çərçivəsində ifadə etməsi lazımdır”,- deyə Saqatelyan qeyd edib.

Etirazçılara müraciət edən Prezident Protokol Xidmətinin rəhbəri Armen Giçyan Prezidentin indi bir iclasda olduğunu, ancaq saat 15:40-da onları qəbul edəcəyini bildirib.(virtuaiaz.org)

Son xəbərlər
Bütün xəbərlər »