Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qarlı havada baş vermiş qəzaya görə sığorta niyə verilmir? –Ekspertlərdən açıqlama
Qarlı havada baş vermiş qəzaya görə sığorta niyə verilmir? –Ekspertlərdən açıqlama

Son günlər əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq ölkədə 50-dən çox yol-nəqliyyat hadisəsi baş verib.

Qarlı hava şəraitinin müşayiət olunduğu ərazilərdə küçələrin qardan təmizlənməməsi nəticəsində baş verən qəzalar maddi zərərlə nəticələnir. Əlbəttə, bu vəziyyətdə sığortalanmış avtomobillərə dəymiş ziyanın ödənilməsi məsələsi gündəmə gəlir.

Bizimyol.info xəbər verir ki, zərərçəkən sürücülərin sözlərinə görə, icbari qaydada sığortalanan avtomobilləri özləri təmir etdirmək məcburiyyətindədirlər.

Sığorta üzrə ekspert Əli Bayramov bildirib ki, qarlı-şaxtalı hava şəraitində nəqliyyat vasitələrindən az istifadə etmək tövsiyyə edilir. Çünki yolların buz bağlaması qəza ehtimalını artırır. Bu vəziyyətdə icbari sığortaya arxayın olmamağa çağırır.

“Qarlı hava şəraitində icbari sığorta üzrə ödəniş həyata keçirmək sığorta şirkətləri üçün çox çətindir. Çünki bu vəziyyətdə günahkar tərəfi təyin etmək çətindir və yaxud mümkünsüzdür. Belə olan halda nəqliyyat yol-nəqliyyat hadisəsində iştirak edən sürücülərin hər biri öz avtomobillərini təmir etdirmək məcbriyyətində qalırlar”,-deyə Ə.Bayramov qeyd edib.

Sığorta üzrə ekspert İlkin İbrahimov isə bildirib ki, qarlı havada yol-nəqliyyat hadisələri zamanı bir neçə avtomobilin iştirakı ilə baş verərsə bu zaman araşdırma üçün müəyyən vaxta ehtiyac yaranır, elə bu vaxt itkisi də müəyyən narazııqlara gətirib çıxarır: “Bu hallarla bağlı hesab edirəm ki, Daxili İşlər Nazirliyində operativ qərərgah yaradılmalı hadisələrdə zərərçəkənin və zərərvuranın müəyyən olunması üçün tədbirlər görülə bilər. Eyni zamanda bu hallarda ekspertizanın aparılması da müəyyən vaxt aparır. Uzanan vaxtlardan bəlkə də ən böyüyü ekspertizanın aparılmasında uzanan vaxtdır. Belə hallarla bağlı da tədbirlərin görülməsi daha yaxşı nəticələrə nail olmağa gətirib çıxarar.

Avtomobil qəzalarında icbari sığortası olanlar qarşı tərəfə vurduqları ziyanla bağlı daha rahat nəfəs ala bilirlər. Bu hal 5 min manata kimi dəyən ziyanla bağlıdır. Əgər qarşı tərəfə dəyən ziyan daha çoxdursa o zaman yenə də könüllü sığortanın olması arzuolunandır”.

Son xəbərlər
Bütün xəbərlər »