Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hərbiçilərin maaşları ilə bağlı açıqlama nəyi nəzərdə tutur...
Nazirlər Kabineti

Bir neçə gündür cəbhə bölgəsində xidmət edən hərbiçiləri maaşlarının azaldılması ilə bağlı narazılıqlar səngimək bilmir.

İndi qüvvədə olan qanuna əsasən "döyüş bölgəsi və təmas xətti olmadığı üçün bütün hərbçilərin maaş səviyyəsi eyniləşdirilir. İllərdir torpaqlar işğalda idi və bu cür qanun qəbul edilmişdi. Ordu düşmənin işğal missiyasını bitirdi . Bəs bundan sonra ordu necə mövcud olmalıdır, hansı şərtlər, hansı tələblər altında? Nəyi nəzərə alıb hərbçilərin maaşını fərqləndirməlidirlər? və s kimi suallara heç bir bir aidiyyatı qurum konkret münasibət bildirmir və müzakirə olunmur.

Savaşa qədərki Ordu ilə sonrakı ordunun fərqi nədə olmalıdır? Bu gün üçün hərbçilərin maaşı çox ciddi və vacib məsələlərdən biridir. Üstəlik işğal yüz faiz bitməyib.Xocalı, Xankəndi, Ağdərə və 53 azərbaycanlılar yaşayayan kəndimiz işğal altındadır. Bölgədə hələ də təxribatlar ola bilər. Ərazilər minalardan təmizlənməyib deyə hərbiçilərimizin xidməti heç də sülh dövrünü xatırlatmır. Çətin ərazilərdə xidmət edən hərbiçilər üçün infrastruktur qurulmayıb.

Dünən deputat Kamal Cəfərovun “Reporta” verdiyi açıqlama isə az-qala toy-bayram effekti yaratdı. O bildirib ki,yaxın zamanlarda hərbi qulluqçuların əməkhaqlarına əlavələrin verilməsi Nazirlər Kabinetinin qərarı formasında təmin ediləcək. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərovun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə xidmət edən, o cümlədən hərbi hissənin yerləşdiyi ərazinin iqlim şəraiti, yüksəkliyi və digər məqamları nəzərə alınmaqla, hərbi qulluqçuların əmək haqlarına əlavələr əmsallar formasında ediləcək. Deputat qeyd edib ki, Sahibə Qafarovanın adından yayılan “Hərbiçilərə 2 qat əməkhaqqı lazım deyil" tipli xəbərlər dezinformasiyadır.

Jurnalist Rey Kərimoğlu Qazi isə hesab edir ki, bu gün hamının sevincinə səbəb olan bu açıqlamada əslində dəqiq heç bir məlumat verilmir. “Ön cəbhədə xidmət keçən hərbçilərimizin maaşı 1998 ci ildən 2 qat hesablanırdı. 2 aydır onların maaşı 1 qat kəsilib. Bunu həll etmək əvəzinə yüksəklikdə xidmətə görə 10-30 faiz əməkhaqqına əlavələrdən danışırlar. Əlavə ümumilikdə 50-100 manat arası olacaq, 1 qat əməkhaqqı isə 450-1000 manat arası idi. Göründüyü kimi, bütün hallarda ön cəbhədəki hərbçilərin əməkkhaqqı noyabrdakına nisbətən xeyli azalıb və bundan sonra da belə etmək istəyirlər.

Kamal Cəfərovun əndrabadi açıqlamasından başa düşdüm ki, əvvəllər 2 qat olub. Bəs sonra? Sonrası yoxdur, konkretlik ifadə edilməyib”,- deyə o qeyd edib.

Ehtiyatda olan səhra komandiri,polkovnik Toğrul Hüseynov Bizimyol.info-ya bildirib ki, əslində hərbçilərin maaşlarının hesablanması ilə bağlı düzgün izahat verilməyib. Burada yalnız əlavələrlə bağlı izahat verilib. Bunu bəzi adamlar qarışdırır. Əlavə başqa bir təminatdır, ikiqat pul başqa. Əlavələr onsuz da var və neçə ildir ki, verilir. Nazirlər Kabinetinin 22 avqust 2002-ci il tarixli qərarına əsasən, dəniz səviyyəsindən hündürlükdə yerləşən iş yerlərində çalışan işçilərin əmək haqqına hündürlük 1 200 metrdən 1 500 metrədək olduqda 10%, 1 500 metrdən 2 000 metrədək olduqda 20%, 2 000 metrdən yuxarı olduqda isə 30% əlavə ödəniş hesablanır. Yəni belə bir mexanizm 9 ilə yaxındır ki, var və tətbiq olunur. Burada hansısa bir yenilik yoxdur. Burada söhbət ikiqat ödəmədən gedir, həmin məsələ ilə bağlı hazırda dəqiqləşdirmələr aparılır, bildiyimə görə, ikiqat pul təminatı alacaq hərbi qulluqçuların sayının dəqiqləşdirilməsi son mərhələdədir və yaxın günlərdə ikiqat ödəmə həmin dəqiqləşmələrə uyğun veriləcəkdir.

Məsələyə rəsmi münasibəti də diqqətinizə çatdıraq. Azərbaycan Respublikasının Birinci-vitse prezidentinin köməkçisi Elçin Əmirbəyov bildirib ki, “Hərbçilərin maaşları ilə bağlı məsələ birbaşa dövlət rəhbərliyinin nəzarəti altındadır. Azərbaycan dövləti öz əsgərinin qayğısına qala biləcək bir dövlətdir . Ümid edirəm ki, bu məsələdə hər hansı çətinliklər varsa, onlar da tez bir zamanda aradan götürüləcək”.

Təki elə olsun.

İlhamə

Paylaş »
››› "Rusiya qüvvələrinin Qarabağdan çıxarılması..."
››› Daha bir toy yarımçıq qaldı - Video
››› Norveçdə məhbus həyatı: Maraqlı faktlar - Foto
››› Aprelin 12-nə olan hava proqnozu
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Krımda 2 azərbaycanlı saxlanılıb
››› Ekspert: “Robert Koçaryanın hakimiyyətə gəlməsi ilə Qarabağ nizamlanmasında vəziyyət dəyişə bilər”
Son xəbərlər
Bütün xəbərlər »