Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İlham Əliyev iranlı jurnalistə irad bildirdi
İlham Əliyev

Xocalı soyqırımının 29-cu ildönümündə Azərbaycan prezidenti yerli və xarici media orqanlarının əməkdşaları üçün mətbuat fonfransı keçirib.

Konfrans zamanı Azərbaycan Prezidenti İlham Əliyev sual ünvanlayan iranlı jurnalistə irad bildirib.

Bizimyol.info-nun məlumatına görə, “Mehr” agentliyinin əməkdaşı İkinci Qarabağ Müharibəsində terrorçu qrupların regionda olması barədə fikir bildirib.

İlham Əliyevin cavabı belə olub: “Sizin sualınız ittiham formasındadır. Hər hansı məlumat haqqında danışarkən mənbə qeyd edilməlidir. Siz mənə dəqiq məlumat verə bilmirsiniz. Kimisə ittiham etmək asandır, siz onu sual formasında verə bilərsiniz, amma dediyinizin arxasında durmalısınız. Siz terrorçu qruplardan danışdınız, hansı məlumatlara istinad edirsiniz, hansı ölkələrdən alınmış məlumatlardan söhbət gedir?”.

Jurnalist çətin vəziyyətə düşərək “gəlin ikinci sualıma cavaba keçək” deyə təklif edib. Dövlət başçısı isə qeyd edib ki, jurnalist özü öz sualına cavab verib. “Mən hesab edirəm ki, siz özünüz birinci sualınıza cavab verdiniz. Elə hesabatlar, məlumatlar yoxdur . Təəssüf edirəm ki, dost ölkənin jurnalisti belə suallar verir”.

İlhamə

Paylaş »
››› Arutyunyan Şuşaya gəldiyi iddia edilir: Terroçuların müəyyən hissəsi qaytarılacaq
››› Generaldan generala şikayət: “Deyir naxçıvanlıyam, mənə heç nə etməzlər”
››› “İsgəndər” raketlərini Azərbaycana Ermənistan atıb, yoxsa Rusiyanın özü...
››› “Qanuni oğru” Əli Heydərovu (“Albert Rıjiy”) güllələyən Taleh Orucovdur - Video
››› Zeynəb Xanlarovanın bacısı oğlu tutulub: Qoca qadınlara qarşı dələduzluq ittihamı - Video
››› Boş qalmış dəbilqələrə bir də dolu tərəfdən baxın
››› Nazirliyin əməkdaşı koronavirusdan vəfat edib
Son xəbərlər
Bütün xəbərlər »