Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dövlət başçısı: “Ən qısa müddətdə mərhələli şəkildə insanlarımızı o bölgələrə qaytaracağıq”
İlham Əliyev

“Soydaşlarımızın nə vaxt işğaldan azad edilmiş torpaqlarımıza qayıda biləcəyi ilə bağlı bəlkə də mən hər gün özüm-özümə eyni sualı verirəm. Çünki mən də istəyirəm ki, nə qədər mümkündürsə, qısa müddət ərzində biz buna nail olaq”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında bildirib.

Dövlət başçısı deyib ki, bunun üçün kompleks tədbirlər görülməlidir: “Mən bu haqda artıq demişəm. İndi minalardan təmizləmə prosesi başa çatandan sonra və artıq bununla paralel olaraq biz bu işləri başlayırıq. Bu yaxınlarda “Ağıllı kənd” layihəsi gerçəkləşməyə başlanıb. Zəngilan rayonunun üç kəndi - Birinci, İkinci, Üçüncü Ağalı kəndlərində bu layihə həyata keçiriləcək. Mən təlimat vermişdim ki, bu ilin sonuna qədər layihə tam başa çatsın. Yəni orada 1000-ə yaxın insan yerləşəcək, lazımı infrastruktur inşa ediləcək, əkin sahələri olacaq və insanlar ora qayıda biləcəklər. Belə pilot layihələr çox ola bilər, biz indi onun üzərində işləyirik”.

Böyük şəhərlərə qayıdışa gəlincə, Prezident İlham Əliyev qeyd edib ki, şəhərlərin baş planları tərtib edilməlidir: “Məsələn, Ağdam şəhəri. Müharibədən əvvəl Ağdamda haradasa 40 minə yaxın insan yaşayıb. İndi əhali artıq artıb, 50 mindən çox. Biz indi 50 min, bəlkə də 70 minlik bir şəhər planlaşdırmalıyıq. Biz bu şəhərin baş planını, infrastrukturunu inşa etməliyik, ondan sonra binalar inşa edilməlidir. O cümədən məktəblər, xəstəxanalar tikilməlidir. Bu, böyük bir zaman tələb edir. Yenə də deyirəm ki, bizim əsas yarışacağımız tərəfmüqabili zamandır. Çünki vəsait də var, bütün gücləri də səfərbər etmişik. Amma zaman, əlbəttə ki, öz haqqını diktə edir. Mən hansısa bir tarix vermək istəməzdim. Halbuki mənim ağlımda tarixlər var ki, vaxtından əvvəl insanları həm sevindirməyim, həm də bəzilərini bəlkə də həyəcanlandırmayım. Amma inanın ki, ən qısa müddətdə mərhələli şəkildə biz insanlarımızı o bölgələrə qaytaracağıq. Eyni zamanda hazırda bütün azad edilmiş ərazilərdə, ilk növbədə, bərpa ediləcək kəndlərin də siyahısı hazırlanır, bu məsələ üzərində də biz fəal çalışırıq”.(apa)

Paylaş »
››› Keçmiş deputatın prokuror oğlu qaydanı pozdu - Video
››› Daha bir toy yarımçıq qaldı - Video
››› Erməni məmur Rüstəm Muradovu ölümlə hədələdi
››› Deputat Naira Zöhrabyan: “Mən Polad Həşimov küçəsində yaşayıram...” - Foto
››› Norveçdə məhbus həyatı: Maraqlı faktlar - Foto
››› Kim Çen In təhsil nazirini edam etdi
››› 75 minə yaxın erməni ölkəsini tərk edib
Son xəbərlər
Bütün xəbərlər »