Martın 1-də Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsəcək, 15-20 m/s, arabir 23 m/s-dək güclənəcək.
Bizimyol.info xəbər verir ki, bu barədə ETSN-in Milli Hidrometeorologiya Xidməti məlumat verib.
Bildirilir ki, martın 1-dən 5-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı, dağlıq və dağətəyi ərazilərdə qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, martın 1-də ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.