Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistan niyə silahlanır … - “Daim ayıq-sayıq olmalıyıq”
MN: Ermənistan kəndlərimizi raket və artilleriya atəşinə tutur

“Son dövrlərdə Ermənistanda bizə qarşı həddindən artıq revanşist addımlar görürük. Burada əsasən Paşinyandan nazarazı, onun əleyhinə olan müxalifət və köhnə Qarabağ klanı bu cür revanşist fikirlərlə çıxış edirlər. Onlar hətta 90-cı illərdə aktiv olan, vəzifə tutmuş şəxsləri hakimiyyətə qaytarmaqla Paşinyan üçün plan hazırlayırlar. 90-cı illəri görmüş insaları canladırırlar, Qarabağ klanının, Köçəryanın və Sarkisyanın Paşinyan əleyhinə açıqlamaları var. Bunların içərisində biz bir neçə ittihamlarında şahidi olmuşuq. Məsələn, ən son Paşinyanı “İsgəndər” reketlərindən istifadə etməməkdə ittiham edirdilər. Paşinyan isə buna qarşı cavab verdi ki, bu raketlər işləmirdi”.

Bunu siyasi şərhçi Turab Rzayev Bizimyol.info-ya açıqlaması zamanı bildirib.Onun sözlərinə görə, Paşinyana qarşı kampaniya vahid mərkəzdən idarə olunur.

Turab Rzayev Turab Rzayev

“Paşinyanın istefaya çağırılması da, bunun təkib hissəsisir. İşin pis tərəfi ondan ibarətdir ki, Ermənistanın daxili siyasəti bizim üçün əhəmiyyətli olmasa da, amma bu çevriliş revanşa əsaslanır. Bütün bu revanşist fikirlərin fonunda Ermənistanın yenidən aram-aram silahlandırılmasını və ordunun yenidən qurulmasını görürük. Burada bir neçə nüans var. Birincisi Paşinyanın devrilməsi planı xaricdən verilib və artıq Sarkisyan, Köçəryan, ordu rəhbərliyi bunu planlı şəkildə həyata keçirdir. Onlar Paşinyanı özlərinə təhlükə kimi görürlər. Çünki, Paşinyan kartları açaraq bildirdi ki, Rusiya silahları müharibədə lazımsızdır və müharibənin taleyini həll edəcək gücə malik deyil. Burada artıq Paşinyanın maraqları həddindən çox kəskinləşib. Rusiya nədənsə Paşinyanı devirməyə tələsir. Biz eyni vaxta görürük ki, geniş xalq kütlələri şəhərə çıxaraq Paşinyanı dəstəkləyirlər. Ona görə dəstəkləyirlər ki, görürlər ki, əslində bu xaricdən planlanan bir senaridir və bu Qarabağ klanının yenidən Qarabağı ələ alma planının bir hissəsidir.

Məsələnin Azərbaycan tərəfi odur ki, biz bir müharibə aparmışıq və qalib gəlmişik. Müəyyən şərtlərlə sülh bəyənatı imzalanıb. İndi isə qarşı tərəfin revanşist fikirləri bizi düşünməyə vadar edir. Əgər Sarkisyan, Köçəryan və ya 90-cı illərin siyasi xadimlərindən kimsə hakimiyyətə gəlib bizə qarşı mübarizə aparacaqsa, artıq biz bu dəfə onlara elə bir dərs verməliyik ki, onlar bir daha bizə qarşı bu cür kampaniya aparmağa cəhd etməsinlər”.

Politoloqun sözlərinə görə, bu yaxınlarda Paşinyan devrilərsə, biz Ermənistanla hadisələrin eskalasiyasını görə bilərik.

“İkinci məsələ isə odur ki, Paşinyan hakimiyyətdə ola-ola ordunun silahlandırılmasını görürük. Müharibə vaxtı olduğu kimi indi də, xarici ölkələrdən təyyarələrlə, tırlarla Ermənistana silah daşınmasını görürük. Maraqlıdır ki, Ermənistan niyə silahlanır? Ordunu kimə qarşı qurur? Məqsədi nədir? Münaqişədə olduğu ölkə Azərbaycandır. Biz də sülh bəyənatı imzalamışıq. Bu silahlanmaya biz icazə verməməliyik. Hətta düşünürəm ki, Ermənistanda hakimiyyət dəyişikliyi olmasa belə biz orada bizə qarşı ordu qurulduğunu görsək prientiv tədbir olaraq “Dəmir yumruq 2” əməliyyatını başlada bilərik.

Düşünmürəm ki, Ermənistanda daxili gərginlikdən sonra onlar özlərinə gəlib bizə hücum etməyə cəhd edələr. Amma sırf daxili sakitlik yaratmaq üçün hakimiyyətə gələndə istifadə etdikləri faşist, revanşist ritorikanı dəstəkləmək üçün bizə qarşı müəyyən addımlar ata bilərlər. Ona görə də, biz daim ayıq-sayıq olmalıyıq. Hər an “Dəmir Yumruq 2”-nin başlanmasını gözləməliyik”,-deyə bildirib.

Leyla Mirzə

Paylaş »
››› Arutyunyan Şuşaya gəldiyi iddia edilir: Terroçuların müəyyən hissəsi qaytarılacaq
››› Generaldan generala şikayət: “Deyir naxçıvanlıyam, mənə heç nə etməzlər”
››› “İsgəndər” raketlərini Azərbaycana Ermənistan atıb, yoxsa Rusiyanın özü...
››› “Qanuni oğru” Əli Heydərovu (“Albert Rıjiy”) güllələyən Taleh Orucovdur - Video
››› Zeynəb Xanlarovanın bacısı oğlu tutulub: Qoca qadınlara qarşı dələduzluq ittihamı - Video
››› Boş qalmış dəbilqələrə bir də dolu tərəfdən baxın
››› Nazirliyin əməkdaşı koronavirusdan vəfat edib
Son xəbərlər
Bütün xəbərlər »