Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ermənistanda ideal fırtına şəraiti yaranıb"
İrəvanda etirazlar, 25 fevral, 2021

Dünəndən Ermənistanda baş verənlər ölkəmizin də gündəmini zəbt edib.

Ermənistanda baş verənlərə Türkiyənin reaksiyası çox humanist olub. Türkiyə bildirib ki, ordunun hakimiyyətin işinə müdaxilə etmək hüququ yoxdur. Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanda çox dərin böhran yaşandığını deməklə kifayətlənib. ABŞ ehtiyatlı yanaşma sərgiləyib. Rusiya isə baş verənlərin Ermənistanın daxili məsələsi olduğunu bəyan edib. Əlbəttə bu bəyanata yəqin ki, yalnız uşaqlar inana bilər.

Politoloq Eldar Namazov Bizimyol.info-ya bildirib ki, hazırda Ermənistanda köklü çevriliş üçün ideal şərait yaranıb.

Eldar Namazov Eldar Namazov

“İdeal fırtına deyilən bir anlayış var. Bütün təbiət amilləri üst-üstə düşür və o ideal fırtınanı yaradır. Ermənistan həmin ideal fırtınaya hazırlıq dövrünü yaşayır. Orada çox ciddi iqtisadi böhran var. Çox ciddi siyasi böhran var. Orada çox ciddi maliyyə böhranı var. Orada çox ciddi demoqrafik böhran var. Əhali sürətlə azalırdı, müharibədən sonra daha da azalacaq.

Putin bildirdi ki, Ermənistanda baş verənlər onun daxili işləridir və Rusiya bu proseslərə qarışmayacaq. Rusiyanın bu bəyanatı adamda gülüş doğurur. Ona görə ki, bir çox ölkələr, o cümlədən ABŞ öz daxili seçkilərinə Rusiyanın müdaxilə etdiyini iddia edib. O ki qaldı Ermənistana, o Rusiyanın əlinin altında olan tam asılı dövlətdir. Ermənistana Rusiya zamin durub, sərhədlərini Rusiya qoruyuq. Belə bir vəziyyətdə Rusiyanın Ermənistana müdaxilə etmədiyini necə demək olar? Rusiya gec-tez Paşinyanı devirmək planını işə salmalıydı. Paşinyan layihəsi Rusiya üçün Navalnı layihəsinə bərabərdir. Sorosun əlindən çıxıb. Rusiyanın uzun müddət Paşinyanın hakimiyyətdə qalmasına razılıq verəcəyini demək sadəlövhlük olardı. Rusiya istəmir bu saziş pozulsun. Rusiya üçün orada vacib bəndlər var. Bununla belə Paşinyanın möhkəmlənməsinə də icazə verməz.

İndi isə Paşinyan özü savaşı başladıb və ilk dəfə orduyla savaşır. Düzdür, ölkənin müdafiə naziri Paşinyanı müdafiə edən bəyanatla çıxış elədi. Baş Qərargahın orduya təsiri Müdafiə Nazirliyinin təsirindən çoxdur. 11 noyabrdan sonra Paşinyanı gözləyən ən böyük təhlükə bu günlərdə başlayır. Bütün qüvvələr - müxalifət , ordu, hətta Ermənistan prezidenti Sarkisyan da Paşinyana qarşı çıxıb. Paşinyanın baş qərargah rəisinin işdən çıxarılması ilə bağlı təqdim etdiyi sənədə o imza atmır. Buna prezident imza atmalıdır ki, o qüvvəyə minsin. Prezident isə qarşı tərəfə keçib. Hesab edirəm ki, bu böhran daha dərindir.

Amma bir məsələ də var. Həm Moskvaya, həm Qərbə bəllidir ki, Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurmasa, Ermənistan bu böhrandan çıxa bilməyəcək. Qonşularla konfliktlərə son qoyulmasa, Ermənistanın inkiaşf etməyəcəyini Moskava da anlayır. Hər il milyardlarla dollar yardım edib Ermənistanı ayaqda saxlamaq indi onlara sərf etmir. Ona görə də Putin də faktiki olaraq deyir ki, kommunikasiyaları açın. Azərbaycan bu qarşıdurmadan elə güclü çıxıb, Ermənistan elə ağır zərbələr alıblar ki, onların özlərinə gəlməsi zaman alacaq. Ermənistanın Azərbaycana yeni savaş açmaq üçün heç bir potensalı qalmayıb. Ona görə biz prosesləri diqqətlə izləyib Qarabağda sürətlə quruculuq işlərinə başlamalıyıq. Mən yaxın 10 ildə Ermənistanda sabit hakimiyyət gözləmirəm”,- deyə politoloq bildirib.

İlhamə

Paylaş »
››› Arutyunyan Şuşaya gəldiyi iddia edilir: Terroçuların müəyyən hissəsi qaytarılacaq
››› Generaldan generala şikayət: “Deyir naxçıvanlıyam, mənə heç nə etməzlər”
››› “İsgəndər” raketlərini Azərbaycana Ermənistan atıb, yoxsa Rusiyanın özü...
››› “Qanuni oğru” Əli Heydərovu (“Albert Rıjiy”) güllələyən Taleh Orucovdur - Video
››› Zeynəb Xanlarovanın bacısı oğlu tutulub: Qoca qadınlara qarşı dələduzluq ittihamı - Video
››› Boş qalmış dəbilqələrə bir də dolu tərəfdən baxın
››› Nazirliyin əməkdaşı koronavirusdan vəfat edib
Son xəbərlər
Bütün xəbərlər »