Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Qaçqınkom": Məcburi köçkünlərin vahid aylıq müavinətindən “YAŞAT” Fondu üçün vəsait tutulmayıb
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi

“Sosial şəbəkələrdə və bəzi internet media resurslarında məcburi köçkünlərə verilən vahid aylıq müavinətdən “YAŞAT” Fonduna 5 manat məbləğində pul tutulması barədə xəbər yayılıb".

Bizimyol.info xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, bu xəbər həqiqəti əks etdirmir, məcburi köçkünlərə verilən vahid aylıq müavinətdən “YAŞAT” Fondu üçün vəsait tutulmayıb: “Müvafiq qayda əsasında, hər bir məcburi köçkün üçün ayrılmış vəsait onun üzvü olduğu ailənin başçısının adına açılan bank hesab kartına köçürülür. Müqavilə öhdəliyinə görə, bank tərəfindən yalnız kart hesabına illik xidmət haqqı ödənilməsi nəzərdə tutulub.

Dövlət Komitəsi vətəndaşlardan və media qurumlarından cəmiyyətin həssas təbəqəsi olan məcburi köçkünlərlə bağlı yanlış məlumatları yaymaqdan çəkinməyi xahiş edir”.

Paylaş »
››› Xəstəxanaların can bazarı – Çalış ölmə!
››› “Ermənistanın Zəngəzur dəhlizini açmaması Rusiyaya qarşı demarş olar”
››› “Zəngəzur namus məsələsidir, güzəşt etmək olmaz”
››› Qərbin hədələri Kremli qorxutdu: Qoşunlarını geri çəkir...
››› Ölkə ərazisindən keçən yük maşınlarına qoyulan 700 dollar tələbi…
››› Zelenski Rusiyanın Ukrayna ilə sərhəddən qoşunları geri çəkməsinə münasibət bildirib
››› Daha bir ölkə rusiyalı diplomatları deportasiya edir
Son xəbərlər
Bütün xəbərlər »